Şrift:
Erməni politoloq: Dünya toplumu Ermənistana dayəliyi dayandıracaq
09.12.2014 [15:43] - Gündəm, Sosial
Avrasiya İttifaqına girməklə ermənilər Cənubi Qafqazın ən aciz xalqına çevriləcək.

Bu barədə erməni politoloq, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts bildirib.

Onun sözlərinə görə, bu addımı atmaqla Ermənistanın beynəlxalq təcridi daha da dərinləşəcək.

“Beynəlxalq ictimaiyyət əbədi olaraq Ermənistana dayəlik etməyəcək və onu xilas etməyəcək. Təcrid ona gətirəcək ki, Ermənistanın problemlərinin həllinin yeganə açarı Kremlin əlində olacaq. Əgər indiyə kimi bu problemlər həm də İrəvanda, Vaşinqtonda və Brüsseldə həll olunurdusa, indən belə yalnız Kremlin səlahiyyətində olacaq. Kreml isə bu məsələləri Ermənistanın maraqlarına uyğun deyil, öz maraqlarına uyğun həll edəcək”, - deyə Artur Sakunts vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 849 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed