Şrift:
Ermənilərin dollar xaltası
11.12.2014 [12:01] - Gündəm, Sosial
Ermənistanın dövlət borcunun ölçüləri şok doğurur. Yerli qəzetlərin yazdığına görə, noyabrın 1-inə olan müddətə Ermənistanın dövlət borcu 4 milyard 464 milyon 796 min dolları keçib. Bu, daima yenilənən mütləq rekorddur. Yalnız 1 ay ərzində dövlət borcunun məbləği 15 milyon dollardan çox artıb.

Ekspertlər hesab edir ki, Azərbaycanla silahlanma yarışına çıxmış Ermənistan bu vəziyyətə imkanından artıq silah-sursat alması üzündən düşüb.

Yada salaq ki, təkcə Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. İqtisadçılar həm də bildirirlər ki, son illərdə ölkəyə humanitar yardım adı altında verilən vəsaitlər də azalıb. Rəsmi İrəvan həmişə bu vəsaitlərə ümid bağlayıb. Hətta erməni diasporu da Ermənistana göndərilən pul axınının xeyli azaldıb.

Görünür, erməni qəzetlərinin yazdığı kimi, məhz ciddi iqtisadi problemlər üzündən hökumət parlamentdən təcili olaraq növbədənkənar sessiyaya yığışmağı xahiş edib. Onu dekabrın 15-də keçirməyi nəzərdə tuturlar. Ölkənin mərkəzi bankının intervensiya etməsinə baxmayaraq, milli valyuta olan dramın qiymətinin düşməsi ilə də bu Cənubi Qafqaz respublikasının iqtisadi iflası dərinləşir.

Təbii ki, gələn il üçün dövlət büdcəsinə yenidən baxılacaq. Artıq bəllidir ki, təhsil üçün ayrılan xərclər ciddi şəkildə ixtisar ediləcək. Sosial ehtiyaclar üçün büdcə xərclərinin də azalması gözlənilir.

Rusiyadan Ermənistana fərdi pul köçürmələrinin də payı kəskin azalıb. Yalnız 2014-cü ilin oktyabr ayında Ermənistan miqrantlarının İrəvandakı ailələrinə göndərdikləri pullar həmişəkindən 32,5 mln dollar az olub. Nəticədə, Rusiyadan transfert alanların gəliri keçən ilin oktybar ayına baxanda 20 faiz azalıb. Bu, ailə büdcəsi üçün ciddi zərbədir.
Bu xəbər oxucular tərəfindən 954 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed