11.12.2014 [12:16] - Xəbərlər, Siyasi partiyalar, Bildiriş
09.12.2014 tarixində azxeber.com saytında verilmiş “Milli Məclisin danışmayan, illərdir susan deputatlarının – adları” məqaləsində idia edilib ki, millət vəkillərimizin bir qismi fəaliyyətsizdir və konkret adlar yazılıb. Həmin məqalənin şərhlər pəncərəsində oxucular tərəfindən adların obyektivlikdən uzaq olması barədə sərt tənqidlər olsa da sayt rəhbərliyi buna əhəmiyyət verməyib. Saytın bu “Araşdırmasına” KİV ciddi yanaşmasa da, bəzi meda orqanlarında istinad edilərək təkrar yayımlanıb.
Bu məqalədə fəaliyyətinə kölgə salınmağa çalışılan millət vəkilləri sırasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin də adı yazılmışdı. Partiya tərəfindən azxeber.com saytının redaksiyasına bununla bağlı etiraz edildi və Fərəc Quliyevin Milli Məclisdəki fəaliyyəti başda olmaqla bütün aktiv ictimai siyasi fəaliyyətini və mətbuatdakı çıxışlarının bir hissəsi redaksiyaya təqdim edildi. Bundan sonra sayt tərəfindən Fərəc Quliyevlə bağlı məqalədə yol verilmiş yalnışlıq aradan qaldırıldı. Bu isə o deməkdir ki, sözügedən məqalə əslində araşdırma bir yazı deyildir. Çünki, Fərəc Quliyev və həmin məqalədə fəaliyyətsizlikdə “ittiham olunan” bir çox millət vəkilləri var ki, gündəlik mətbuatı izləmək kifayətdir ki, onların aktiv fəaliyyətlərini müşahidə edəsən.
Biz eyni zamanda sözügedən məqalədə belə bir yalnışlığı nəzərə almadan təkrar yayımlayan digər KİV-nə də öz iradımızı bildiririk və düzəlişdən əvvəl azxeber.com saytına istinad edilərək yayımladıqları məqalədə edilmiş düzəlişləri nəzərə almaqlarını xaiş edirik.
Düzdür, Parlamentdə fəaliyyətsizliyi və yaxud seçildikdən sonra mandatına uyğun fəaliyyət göstərməyən millət vəkilləri var. Lakin, ya yalnışlıqdan, ya da qərəzli olaraq, heç bir fakta və araşdırmaya əsaslanmadan millət vəkilinin işgüzar nüfuzuna xələl gətirən dezinformasiyaların yayımı nə mənəvi, nə də hüquqı baxımdan yolverilməzdir. Media qurumun rəhbəri və müəllif həm bilə-bilə yalandan məlumat yaydığı, həm də nüfuzlu şəxsin işgüzar nüfuzuna xələl gətirdiyi üçün məsuliyyətə çəlb oluna bilərlər.
Biz MDHP olaraq bu cür halları pisləyir və bütün Kütləvi İnformasiya Vasitələrinə xəbərdarlıq edirik: Son vaxtlar MDHP-nın milli düşüncənin siyasi mərkəzinə çevrilməsi və ölkədə “beşinci kalon” funksiyasında fəaliyyət göstərən qüvvələrə qarşı ortaya qoyduğu sərt mövqedən dolayı belə qüvvələrin hədəfinə çevrilməsi fonunda Partiyanın fəaliyyətinə, onun lider və funksionerlərinin işgüzar nüfuzuna xələl gətirən dezinformasiyaların yayılmasının qarşısını almaq üçün, bu cür hallara qarşı hüquqi ölçü götürülməsini tələb edəcəyik.
Onu da əlavə etmək istəyirik ki, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin son 3 ilə aid ictimai-siyasi fəaliyyətini, müsahibə və çıxışlarını izləmək üçün aşağıdakı xəbər linkinə daxil olmaq yetərlidir: BURADAN DAVAM EDIN

MDHP Mətbuat Xidməti
11.12.2014
11.12.2014
Bu xəbər oxucular tərəfindən 1154 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |