Şrift:
Qondarma “erməni soyqırımı”nı inkar edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsi Fransa Senatının gündəliyinə daxil edilməyib
29.12.2011 [10:24] - Xəbərlər
Qondarma “erməni soyqırımı”nı inkar edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsi təsdiqlənmək üçün Senatın gündəliyinə daxil edilməyib.
Bu barədə “Le Figaro” qəzetinə Xalq Hərəkatı Uğrunda İttifaqından senator Roje Karuçi deyib: “Məndə olan proqrama əsasən deyə bilərəm ki, adı çəkilən qanun layihəsi fevralın əvvəllərinə kimi Senatın gündəliyinə daxil edilməyib. Əgər qanun layihəsi yanvarın sonuna kimi Senatın gündəliyinə daxil edilməsə, qəbul olunmamış sayılacaq. Çünki parlament prezident seçkiləri ilə əlaqədar öz fəaliyyətini fevralın sonu, martın əvvəllərində dayandıracaq”.
Karuçi bildirib ki, Senat Nümayəndələri Konfransının yanvarın 10-da keçiriləcək iclasında qanun layihəsi yenidən gündəliyə daxil edilə bilər.
Bu xəbər oxucular tərəfindən 1033 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed