13.12.2014 [00:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları
Dekabrın 12-də 21 Azər Hərəkatının 69-cu ildönümü tamam olur. Həm İran, həm də keçmiş SSRİ tərəfindən döyülən, söyülən, təhqirlərə tuş gələn, məhv edilən hərəkatın mahiyyətini anlamaqdan əslində bir xalq olaraq uzaq düşmüşük. 21 Azər Hərəkatı hər şeydən əvvəl Güney Azərbaycan demokratlarının SSRİ-yə bel bağlamağının acı nəticələrini göstərdi. Ancaq hərəkat Moskvanın istəyinin nəticəsi kimi meydana çıxmadı, tamamilə milli yön aldı. Azərbaycanın tarixi ərazilərinin böyük bir hissəsində (Güney Azərbaycanda) Milli Hökumətin qurulması, Moskvanın istədiyi kimi hadisələrin cərəyan etməməsi, Qərbin, Avropanın sözügedən məsələyə cidd-cəhdlə qarışması səbəbindən bir il sonra Milli Hökumət süqut etdi. Milli Hökumətin birillik varlığı, ümumiyyətlə, Pişəvəri hərəkatının süqutu bizə aşağıdakı dərsi verdi: Azərbaycan nə qədər ki, ikidir, bütövlüyümüz yoxdur, Türk Ulusu olaraq varlığımızın təsdiqi bilinməyəcək.
***
Tarixi parçalanmalarımızın səbəblərini diqqətlə öyrənməliyik. Pişəvəri zaman-zaman İran tərəfdən "satqın", "Sovetlərin casusu", “Moskvanın əlaltısı", "Vətən xaini" kimi ittihamlara tuş gəlib, indi də gəlməkdədir. Ancaq ona bu ittihamlar yapışmaz. Onun Moskvanın imkanlarından istifadə etmək cəhdi və acı gerçəkliyi (sonucu) isə ortadadır. Birillik dönəmdə Pişəvəri Hökumətinin gördüyü genişmiqyaslı xəlqi işlər misilsizdir: qadınlara kişilərlə yanaşı, hüquq verilməsi, anbarlarda saxlanılan məhsulların sabit dövlət qiyməti ilə bazarlara çıxarılması, çox işlənən ərzaq məhsulları üzərindən vergilərin götürülməsi, savadsızlığın ləğv edilməsi ilə bağlı kursların, radio stansiyası və bankların milliləşdirildirilməsi, körpə evlərinin, xəstəxanaların təsisi, ana dilində kitabların çapı, Azərbaycan türklərindən başqa burada yaşayan xalqların nümayəndələrinin də eyni hüquqlara malik olması, torpaq islahatının həyata keçirilməsi, Milli Hökumətin xüsusi proqramının hazırlanması, ana dilində məktəblərin, kitabxanaların açılması, başlıcası isə Azərbaycan Türkcəsinin dövlət dili elan edilməsi... Bu, o dönəm idi ki, 1925-ci ildən bəri (Rza şah dövründən) Azərbaycan türkcəmizin rəsmi olaraq (hətta türk ailələrində belə!) işlədilməsi qadağan idi. Pişəvəri dönəmində fars şovinizmi tərəfindən farslaşdırılmış yurd-yer adlarının türkcələşdirilməsinə başlanıldı, milli universitet təşkili edildi, milli musiqimizin, mədəniyyətimizin inkişafı ilə də bağlı işlər görüldü…
***
Ancaq böyük mənada xalq yaradılması işi baş tutmadı. Bu da təbiidir, çünki xalqın yaradılması siyasətin yox, milli ruhaniyyatın, Dünyabaxışın işidir. Ümumi, az qala maddi sınırlar ölçüsündəki islahatlar millətimizin onillər, yüzillər ərzində ayaqda qalmasını yarada bilməzdi, necə ki, yaratmadı. Ulusumuz yüzillərdən bəri özündən ayrılmış, dövlətçilik ənənəsindən məhrum edilmişdi. Bunlar Pişəvəri hərəkatının çöküşünü yaradan başlıca amillər idi. Milli istəyimiz böyük olduğu dərəcədə gerçəkləşmə imkanlarımız zəif oldu. Hərəkatın qələbəsindən az sonra Moskva Azərbaycan Milli Hökumətini Tehranla danışıqlara getməyə məcbur etdi. Pişəvəri vəziyyətdən çıxış yolu axtarsa da, tapa bilmədi. Ancaq bir çıxış yolu vardı: İranla bağlanmış müqavilədən imtina etmək, xalqı yeni mübarizə mərhələsinə kökləmək. SSRİ adlı nəhəng özgəlik kabusu isə bu məqamda İranla dil tapa bildi. Qərblə də anlaşma yarandı. Beləliklə, Güney Azərbaycanımız tamamilə təkləndi.
*** Haradasa Səttarxan Məşrutəsi dönəmindəki kimi bir vəziyyət yaratdılar ulusumuza, yurdumuza qarşı. 1946-cı ilin noyabrında qırğınlar başlandı. Bir neçə ayda rəsmi şəkildə 25 min nəfər soydaşımız güllələndi və asıldı. Bu hadısələr zamanı Pişəvərinin Mircəfər Bağırova müraciətini və Bakıdan heç bir kömək almamasını, ala bilməməsini təbii sayıram. Bağırov Moskvanın əmrlərini canla-başla yerinə yetirirdi, ondan nə gözləmək olardı ki?
***
Bəs bu hadisələrdən az sonra gerçəkləşən Pişəvərinin ölümü bizə nə deyir? Pişəvəri təsadüfən qəzaya düşdü, ya “avtoqəza oyununda” öldürüldü? Təhlillər göstərir ki, Pişəvərinin qətli peşəkar şəkildə həyata keçirilib. Moskva ehtiyatlandı ki, Pişəvəri yenidən Güneyə qayıda, ən azı ordakıları ayağa qaldıra bilər. Bütün hallarda isə Pişəvərinin sağ qalması üçün heç bir işıq ucu yox idi. 21 Azər (12 Dekabr) – Pişəvəri Hərəkatı Ulusumuz üçün dərsdir, İnam Ata (Asif Ata) demişkən, öyrənməli, ötməli bir dərs. Bu yerdə Atanın bir fikrini də xatırlatmaq istəyirəm: “Özgəyə bel bağlayıb özümləşmək meyli faciəvi yanlışlıqdır”. Qaranlıqları yalnız Mütləqə İnam işığıyla yarmaq olar: özümləşmək, ruhən dərinləşmək, sözün böyük mənasında ulus olmaq… Bir olmaq, Bütöv olmaq aqibətimiz var – ona yetməliyik: haya-küyə getmədən, zamana bac vermədən. Uzun yolun yolçularıyıq – asan sayılan yollar bizi xilas etməz.

Bu xəbər oxucular tərəfindən 1207 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |