29.12.2011 [10:28] - Hərb
Azərbaycan prezidenti İlham Əliyev Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə fərman imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə fərman imzalayıb. Fərmanın preambula hissəsində bildirilir ki, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı nəticəsində ölkəmizin hərbi qüdrətinin artırılması və ordu quruculuğu tədbirləri uğurla davam etdirilir. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi və ordumuzun maddi-texniki bazasının müasirləşdirilməsinə imkan verib. Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi onların ailə üzvlərinin də sosial müdafiəsinin gücləndirilməsinə, mənzil-məişət problemlərinin həll edilməsinə təkan verib. Sərəncama əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin ediləcəklər. Dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə komissiya yaradılıb. Komissiyaya maliyyə naziri Samir Şərifov sədr təyin olunub. Müdafiə nazirinin müavini Çingiz Məmmədov, Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rafiq Cəlilov, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov və Prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi Ramiz Tahirov komissiyaya üzv təyin olunublar. Komissiya siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə almalı, hazırlanmış siyahını Maliyyə Nazirliyinə təqdim etməli, görülən işlər barədə Azərbaycan Prezidentə məlumat verməlidir.

Bu xəbər oxucular tərəfindən 1165 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |