13.12.2014 [12:48] - Gündəm, Siyasət
Azərbaycanda 8 müxalifət partiyasının rəhbərləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşəcək. Dekabrın 13-də baş tutacaq görüşdə siyasi məhbuslar, daha geniş tərkibli müxalifətlə dialoq və digər mələsələr müzakirəyə çıxarılacaq.
Bu haqda “Yeni Müsavat”a görüşün təşəbbüsçülərindən biri Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu məlumat verib. Onun dediyinə görə, noyabrın 12-də belə bir görüşün keçirilməsi haqda qərar qəbul olunub və 3 gün sonra Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinə müraciət edilib:“Görüşün vaxtı haqda 3 gün öncə bizə məlumat gəlib. Dünən görüşə qatılacaq partiyalar öz iştirakını təsdiqləyib. 8 müxalifət partiyası iştiraka razılıq verib”.
Bunlar Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan KXCP, ADP, Ümid Partiyası, Azadlıq Partiyası, Aydınlar Partiyası, Böyük Azərbaycan Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Liberal Demokrat Partiyasıdır. Mərkəzə daxil olan partiyalardan üçü Müsavat, AXP və AzDP isə görüşdə iştirak etməyəcəyini bəyan edib.
AXCP rəhbərliyi isə Əli Həsənovla görüşü iqtidarın siyasi oyunu adlandırıb və görüşə gedəcək partiya sədrlərini aşağılayan mövqe sərgiləyib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “Azadlıq” qəzetinə açıqlamasında deyib ki, 8 partiyanın Əli Həsənovla gözlənilən görüşünü iqtidarın növbəti siyasi oyunu sayır: “Mənə aydın deyil ki, Əli Həsənov özlərindən başqa heç kimi təmsil etməyən adamlarla nədən danışacaq.
Görünür, məqsəd nəyisə müzakirə etmək yox, bu görüşdən istifadə edib beynəlxalq aləmə iqtidar-müxalifət dialoqu görüntüsü yaratmaqdır. Bu gün iqtidarın gerçək müxalifətə münasibəti bəllidir. Ona görə də AXCP bu məsələni iqtidarın növbəti oyunu hesab edir”.
KXCP sədri Mirmahmud Mirəlioğlu isə “Yeni Müsavat” vasitəsilə AXCP-yə cavab verib: “Əgər onlar bizi ”özlərindən başqa heç kimi təmsil etməyən adamlar" hesab edirlərsə, öz dediklərinə özləri inanırsa nədən onlar bu qədər narahatdırlar!? Yazıqların yuxusu qaçıb, böyüklərini fikirləşmirlər, kiçiklərinin haqqında düşünmürlər, öz bugünlərinə, sabahlarına baxmırlar, ağızlarına gələni yazırlar, danışırlar. Əli Həsənovla 8 partiya sədrinin görüşü hələ dialoq deyil, bu, sırf görüşdür. Dialoq mühiti olacaq-olmayacaq zamanın işidir. Biz istəyirik ki, ölkədə dialoq mühiti yaransın. Görünür, həmin o narahat olanlara dialoq mühitinin yaranması sərf eləmir.
Dialoq mühiti olsa, axı onların fəaliyyətinə meydan olmayacaq. Hər şey yaxşı olacaqsa, kimi söyəcəklərini, kimi təhqir eləyəcəklərini düşünüb narahat olurlar. Bütün məsələlər ətrafında görüşdən sonra ətraflı danışa bilərik".

Bu xəbər oxucular tərəfindən 714 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |