Şrift:
Erməni və yunan keşişlər kilsədə kütləvi dava törədiblər
29.12.2011 [10:31] - Gündəm
Fələstinin Beytüllehem şəhərindəki Milad kilsəsində erməni və yunan keşişlər arasında kütləvi dava düşüb. Yüzədək keşiş süpürgələrlə miladöncəsi süpürmə zamanı bir-birilərinə hücum ediblər. Rəvayətə görə, kilsə İsa Məsihin anadan olduğu yerdə tikilib. Hazırda kilsəyə üç icma, katoliklər, pravoslavlar və erməni apostolçular nəzarət edirlər. Kilsəni Milad bayramına hazırlayan erməni və yunan keşişləri bir-birilərini sərhədi pozmaqda günahlandırıblar. Ənənəyə görə hesab olunur ki, kilsənin daxilindəki əraziyə hüquqlar kilsəni süpürənlər tərəfindən müəyyən olunur. Binanın daxilində sərhədlər şərti müəyyən olunduğu üçün erməni və yunan keşişləri arasında mütəmadi olaraq kütləvi davaya çevrilən mübahisələr yaranır. Bu dəfəki davada keşişlər süpürgə və taxtalardan istifadə ediblər. Dalaşanları yalnız polis ayırıb. Bu zaman bir polis zabitinin yaralandığı bildirilir.
Bu xəbər oxucular tərəfindən 919 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed