15.12.2014 [12:00] - Güney Azərbaycan xəbərləri, İdman
Təbrizin “Traxtur” futbol takımı öz qrupunda növbəti mərhələyə çıxmaq üçün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Özbəkistandan olan komandalar və Play-Off mərhələsinin qalib komandası ilə yarışacaq. Bu dünən Malayziyanın Kuala-Lumpur şəhərində Asiya Futbol Konfedrasiyasının qərargahında Asiya Çempionlar Liqası rəqabətlərinin püşkatma mərasimi nəticəsində müəyyənləşib.
Püşkatma nəticəsində müəyyən edilib ki, “Traxtur” takımı 4-cü qrupda BƏƏ-nin Ələhli , Özbəkistanın Nəsəf və play-off mərhələsinin qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, “Traxtur” takımı Təbriz şəhərinin məçhur futbol komandasıdır. Bu komanda İranda, xüsusi ilə də ölkə üzrə keçirilən super liqa rəqabətlərində Təbriz və geniş anlamda bütün Azərbaycan bölgələrini təmsil edir. “Traxtur”un dünya azərbaycanlıları arasında çoxlu tərəfdarı var. Məşhur komandanın müsabiqələrində soyaşlarımız adətən milli şüarlar səsləndirir və İran rejiminin Azərbaycan türk millətinə qarşı ayrı-seçkilik siyasətinə etiraz edirlər. Bu vəziyyət həm ölkə daxili və həm ölkə xarici müsabiqələrdə dəyişmir.

Bu xəbər oxucular tərəfindən 801 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |