Şrift:
Qarabağ-dan təkzib gəldi
15.12.2014 [12:17] - İdman
Vitse-prezident Tahir Gözəl ANS-ə ekskluziv açıqlama verib
“Qarabağ” – “İnter” oyunundan sonra çexiyalı hakimin qolu hesaba almaması, nəinki futbol azarkeşləri, hətta bütün ölkədə geniş müzakirələrə səbəb oldu.
Sosail şəbəkələrdə bir qrup gəncin UEFA-ya etiraz məktubu göndərdikləri barədə xəbərlər yayılmışdı. Hətta, UEFA-nın rəsmi şəkildə “Qarabağ” komandasından üzr istədiyi və hakimin ciddi cəzalandırılması xəbəri də bunlar arasında idi.

Amma “Qarabağ” futbol klubunun vitse-prezidenti Tahir Gözəl ANS-ə verdiyi ekskluziv müsahibəsində yayılan bu söz söhbətləri təkzib edib. Tahir Gözəl klubun hüquqlarını müdafiə etmək üçün İsveçrəyə yola düşür.

"UEFA-ya gedib o oyunu onlarla birlikdə seyr etmək istəyirəm. Mənim başqa bir arzum yoxdur. Burda əsas məqsədim onların mənim gözümün içinə baxaraq buna reaksiyalarını görmək istəyirəm. Ondan sonra nə olacaq? Əlbəttə indidən buna cavab vermək çox cətindir. Mən şəxsən özüm inanmıram ki, təzədən nəsə baş versin. Amma ən böyük arzum odur ki, əvvəla “Qarabağ”a edilən haqsızlıq UEFA tərəfindən təsdiq olunsun. Mən 3-cü günün axşamı, ya da 4-cü ganün səhəri yola düçəcəm”, deyə Tahir Gözəl bildirib.
Bu xəbər oxucular tərəfindən 791 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed