Şrift:
Dövlət Sərhəd Xidmətinin təlimlərindən rəsmi məlumat yayılıb
15.12.2014 [14:08] - Gündəm, Hərb
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AzərTAc-a bildiriblər ki, dekabrın 8-dən 11-dək Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində neft-qaz infrastrukturuna qarşı təhlükə yarandıqda sərhəd axtarışının təşkili, terror-təxribat qüvvələrinin aşkarlanması, raket-artilleriya qurğularından döyüş atışı ilə zərərsizləşdirilməsi və baxış əməliyyatlarının aparılması mövzusunda taktiki təlimlər keçirilib.

Xəzər dənizində mümkün təhdidlərə qarşı hərbi hissə və bölmələrin birgə xidməti-döyüş və əməliyyat-taktiki hərəkət elementlərinin təkmilləşdirilməsi məqsədilə on taktiki epizod üzrə dörd mərhələdə keçirilən təlimlərdə neft-qazçıxarma rayonlarının, platformaların, ixrac boru kəmərlərinin mühafizəsi və müdafiəsinin gündəlik şəraitdən fövqəladə şəraitə keçirilməsi və birgə sərhəd axtarışının aparılması, sorğuya cavab verməyərək neft platforması istiqamətində hərəkətini davam etdirən gəminin dayandırılması, çevik-hərəkət qrupunun helikopter vasitəsilə gəmiyə çıxarılması, şərti düşmənin terror-təxribat qrupunun zərərsizləşdirilməsi, dayandırılmış gəmiyə xüsusi axtarış vasitələri ilə baxış keçirilməsi və kütləvi qırğın silahlarının komponentlərinin, həmçinin narkotik vasitələrin aşkar edilməsi, sərhəd gözətçi gəmiləri tərəfindən şərti düşmənin terror-təxribat qrupunun qaranlıqda aşkarlanması və məhv edilməsi, şərti düşmənin sualtı təxribat qruplarının aşkarlanaraq zərərsizləşdirilməsi, helikopterlərin və sərhəd gözətçi gəmilərinin zenit-artilleriya qurğuları və raket komplekslərindən günün işıqlı və qaranlıq vaxtlarında döyüş atışlarının keçirilməsi kimi təlim tapşırıqları icra olunub.

Təlimlər zamanı yüksək peşəkarlıq nümayiş etdirən hərbi qulluqçular təltif edilib.
Bu xəbər oxucular tərəfindən 870 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed