15.12.2014 [15:04] - Gündəm, Türk dünyası-Turan
Türkiyə polisi ABŞ-da yaşayan müxalifətçi Fətullah Gülənə yaxın mediaya – “Zaman” qəzetinə,“Samanyolu” televiziyasına (STV), başqa qurumlara qarşı əməliyyata başlayıb. Dekabrın 14-ü səhər saatlarında “paralel yapı” əməliyyatı çərçivəsində aparılan istintaqla bağlı aralarında polis məmuru, sənətçilər və media rəhbərlərinin də olduğu şəxslər saxlanıb.
APA xəbər verir ki, “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı tutulub, redaksiyada axtarış aparılıb. STV-nin baş direktoru Hidayət Karacanın, “Bu gün” qəzetinin yazarı Nuh Gönültaşın da tutulduğu xəbər verilir.
STV-də yayımlanan “Tək Türkiyə” filminin, “Sunqurlar” serialının yaradıcı heyətlərindən də tutulanlar var.
Saxlananlar Türkiyə dövlətinin suverenliyini təhdid etməkdə və başqa cinayətlərdə ittiham olunur.
Son məlumata görə, istintaq çərçivəsində ümumən 32 nəfərin tutulması barədə qərar çıxarılıb, onlardan 23-ü saxlanıb.

Bu xəbər oxucular tərəfindən 793 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |