16.12.2014 [13:11] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Millət vəkili ölkəyə qayıdan soydaşlarımıza dövlətin sahib çıxmasının vacibliyini bildirib
Bu gün, Milli Məclisin iclasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Rusiyada yaranmış iqtisadi böhranla əlaqədar ölkəmizə geri qayıdan soydaşlarımıza dövlətin dəstək çıxması və faydalı çalışmaları üçün təklif verib. Millət vəkili ötən il büdcə gəlirləri ilə, büdcə xərcləri arasında yaranmış büdcə artıqlığını kadr banklarının yaradılmasına yönəltməklə və bu banklar vasitəsiylə güzəştli kreditləri təmin etməklə dövlətin həm sahibkarlığın inkişafına, həm kadrların faydalı istifadəsinə, həm də soydaşlarımıza sahib cıxmasına səbəb olacaqını bildirib.
Fərəc Quliyevin 16 dekabr 2014-cü il tarixdə Milli Məclisin iclasindakı həmin çıxışının mətnini tam təqdim edirik:
"Hörmətli kolleqalar, 2014-cü ilin dövlət büdcəsində neftin bir barelinin qiymətinin 100 dollar nəzərdə tutulmasına və dünya bazarında neftin qiymətinin son azalmalarına baxmayaraq, bu ilin ilk 11 ayında neftin orta satış qiyməti 103.89 dollar olub ki, bu da büdcədə nəzərdə tutulan rəqəmdən yüksəkdir.
Dövlət büdcəsinin xərclər hissəsində ciddi qənaət müşahidə edildi. Sözügedən dövrdə dövlət büdcəsinin mədaxili 14,070 milyard manat, xərcləri 12,693 milyard manat olub, 1,377 milyard manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. Sözügedən müddətdə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 86,0 faiz və yaxud 1,269 milyard manat az icra olunub. Deməli, pul olmasına baxmayaraq, büdcə xərclərinə 14 faiz qənaət edilib, demək olar ki, əksər xərclər üzrə qənaət tətbiq edilib. 2015-ci ildə bu profsitdən faydalanmaq imkanı var. Bilirsiniz ki, Rusiyadakı vəziyyətlə bağlı soydaşlarımızın xeyli hissəsi Azərbaycana qayıdır. Onlara dövlətin dəstək çıxması və və faydalı çalışdırılması üçün qənaət olunmuş vəsait hesabına bir Fond yaratmaq mümkündür. Təklif edirəm ki, Rusiyadan qayıdan soydaşlarımız müvafiq icra hakimiyyəti orqanlarından birinin, məsələn Dövlət Miqrasiya Xidməti Idarəsinin nəzdində yaradılmış kadr banklarında qeydiyyata alınsın. Soydaşlarımız əyalətlərdə iş qurmaqla bağlı layihələrini təklif olunan Fonda təqdim edərək həm oz vəsaitlərini qoymaqla və bu fonddan da müəyyən dəstək almaqla iş qursunlar. Bu əyalət siyasəti, qeyri-neft sektorunun inkişafına ciddi təkan olar. Sahibkarlığın inkişaf etdirilməsi istiqamətində də qanunların icrasına ciddi nəzarət olunmalıdır. Dövlət-sahibkar münasibəti istiqamətində müəyyən müsbət işlər görülübdür. Məsələn, sahibkarlığın inkişaf etdirilməsi, onlara güzəştli kreditlərin verilməsi üçün gələn ilin dövlət büdcəsində Sahibkarlığa Kömək Milli Fonduna 100 mln. manat vəsait nəzərdə tutulub. Milli Məclis də öz növbəsində sahibkarlığın inkişafı üçün qanunvericilikdə dəyişikliklər edib. Dəyişikliyə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulmasına görə, vəzifəli şəxslərə cərimə nəzərdə tutulur. Muvafiq icra hakimiyyəti orqanlarının bu qanuna ciddi əməl etməsi vəziyyəti yaxşıya xeyli dəyişər.
Diqqətiniz üçün təşəkkür edirəm."
MDHP Mətbuat Xidməti

Bu xəbər oxucular tərəfindən 1225 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |