Şrift:
Milli Məclisdə benzinin qiymətinin aşağı salınması təklif olunub
16.12.2014 [13:16] - Sosial
Azərbaycanda benzinin qiymətinin aşağı salınması təklif olunub.
Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov çıxış edərək dünya bazarında neftin qiymətinin kəskin düşməsinə diqqət çəkib və Azərbaycanda benzinin qiymətinin aşağı salınmasının vacib, təxirəsalınmaz olduğunu deyib.

O qeyd edib ki, bu gün neftin qiyməti 60 dollara yaxınlaşır, bununla bağlı qonşu Gürcüstanda, Rusiyada, hətta Türkiyədə benzinin qiymətində ciddi enmələr baş verir: “Azərbaycan Aİ-95 markalı premium benzini xaricdən idxal edir. Hesab edirəm ki, İqtisadi İnkişaf Nazirliyi və Tarif Şurası benzinin qiyməti məsələsinə baxmalıdır”.
Bu xəbər oxucular tərəfindən 662 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed