16.12.2014 [13:31] - Gündəm, Siyasət
Rusiya baş naziri Dmitri Medvedyev Astanada Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşüb.
Medianın yaydığı məlumata görə, görüş zamanı Nazarbayev Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması prosesindən də danışıb: “23 dekabr Moskvada görüş olacaq. Biz Ermənistanın Aİİ-yə qoşulması barədə sazişi təsdiqləyəcəyik. Ola bilsin həmin vaxta Qırğızıstanla olan sənəd də təsdiqlənsin”.
Qeyd edək ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə saziş oktyabrın 10-da Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclasında imzalanıb.
Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb.
Müqavilə quruma üzv ölkələrin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.

Bu xəbər oxucular tərəfindən 989 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |