Şrift:
Türkiyə hərbi təyyarələrinin bombardmanı nəticəsində 20-dən çox qaçaqmalçı ölüb
29.12.2011 [11:48] - Gündəm
Dekabrın 29-na keçən gecə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr ölkənin İraqla həmsərhəd Şırnak vilayətinin Uludərə rayonu ərazisini bombalayıb.
Pilotsuz təyyarələr və termal kameralar İraq ərazisindən bir qrup adamın Türkiyəyə keçdiyini müəyyənləşdirdikdən sonra havaya qalxan hərbi təyyarələr PKK terrorçusu olduğu güman edilən şəxslərə zərbə endirib. Nəticədə 20-dən çox adam ölüb.

Sərhəd kəndlərinin əhalisi ölənlərin terrorçu deyil, kəndlilər olduğunu bildirib. Bu şəxslərin İraqdan gizli yolla Türkiyəyə mazut gətirən qaçaqmalçılar olduğu xəbər verilir.
Bu xəbər oxucular tərəfindən 903 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed