Şrift:
Türkiyə Səfəviləri nə zaman türk dövləti sayacaq?
17.12.2014 [10:53] - Türk dünyası-Turan
Nəinki Səfəvilər, o cümlədən Eldəgizlər dövləti, Qaraqoyunlu (Baharlı), Ağqoyunlu (Bayandurlu), Əfşar və Qacar dövlətlərinin hər biri imperiya dövləti kimi türk xanədanlarına mənsub olub”
Türkiyədə CHP-dən olan millətvəkili Ali Özgündüz TBMM-də çıxışında qeyd edib ki, Tükiyə Cümhuriyyətinin Prezidentinin Forsunda olan 16 ulduza biri də əlavə edilməlidir. Belə ki, bu ulduzlar tarix boyu mövcud olmuş Türk imperatorluqlarının sayını bildirir. Ancaq, təəssüf ki, 1501-ci ildə Şah İsmayıl Xətai tərəfindən yaradılan Səfəvi imperatorluğu bu ulduzlar arasında öz əksini tapmayıb. Millət vəkili də elə bu nüansı çıxışında bildirib. Qeyd edib ki, bu addım iqtidarın ələvi açılımında da nə qədər səmimi olacağını göstərəcək.

Yenicag.az-a danışan tarix elmləri üzrə doktorant Ceyhun Bayramlının sözlərinə görə, “Osmanlıçı dairələrin dar məzhəbçi düşüncə tərzi indiyə kimi buna imkan verməyib. Nəinki Səfəvilər, Eldəgizlər dövləti, Qaraqoyunlu (Baharlı), Ağqoyunlu (Bayandurlu), Səfəvi-Qızılbaş, Əfşar və Qacar dövlətlərinin hər biri imperiya dövləti kimi türk xanədanlarına mənsub olub. Dövlət dili fars dili olmuş Səlcuqları o forsa daxil edən zehniyyət nə hikmətsə bunları türk imperiya dövləti saymayıb.ÇünkiTürkiyə tarixşünaslığına yalnız öncədən cizilmiş xəttlər var, o cizgilərdən kənara çıxmağaTürkiyə tarixşünaslığı indiyə kimi demək olarki, cəsarət etməyib.”

“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu da Yenicag.az-a bildirdi ki, “CHP-li millət vəkilinin “Cumhurbaşkanlığı Forsu”ndakı tarixi Türk imperiyalarını təmsil edən uldız sayına, Səfəviləri də əlavə etməklə 17-yə çıxarılması üçün qanun təklif etməsi əslində həm siyasi, həm də tarixilik baxımından əhəmiyyətli və düzgün addım kimi dəyərləndirilməlidir. Azərbaycanla Türkiyənin strateji müttəfiqliyi fonunda, rəsmi Ankaranın belə bir təklifə dəstək çıxması, hər iki qardaş xalq üçün mənəvi körpülərin daha da sağlam təməllər üzərinə oturmasına təkan verə bilər. Bildiyiniz kimi, Səfəvi-Osmanlı münasibətləri, hər zaman bu iki dövlətin yaxınlaşmasından əndişə duyan xarici və anti-milli ünsürlərin manipulyasiya silahı olub. Bu zaman həmin qüvvələr ifrat “psevdo-Səfəvi” və ya “psevdo-Osmanlı” mövqeyi sərgiləyərək həqiqi niyyətlərini pərdələməklə, zaman-zaman fikir çaşqınlığı və süni narazılıqlar yaratmaqla əslində iki qardaş xalqın arasında soyuqluq yaratmağa cəhd göstərirlər. Belə bir addımın atılması isə bu cür manipulyativ addımların qarşısının alınmasında son dərəcə müstəsna əhəmiyyət daşımış olardı”.
V.Zifəroğlu qeyd etdi ki, “bilidiyiniz kimi, Türkiyədə parlament seçkiləri də yaxınlaşır. Və belə bir addımın atılması, daxili auditoriyanın önəmli hissəsini təşkil edən Türkiyə vətəndaşları olan Azərbaycan türkləri və eləcə də ələvilərin seçici səslərinin qazanılması baxımından da əhəmiyyət daşıyır. CHP hər zaman seçkilərdə ələvi kəsiminin səsini qazanan bir partiya olub və görünür son seçkilərdə AKP və MHP-nin xeyrinə uduzmuş olduğu o səsləri bir təkliflə geri qaytarmaq niyyətindədir”.

Tarixçi Elmar Həsənov da düşünür ki, “Bu gün Türkiyə tarixşünaslığında yəhudi mənşəli hakimlərin ortaya atdığı konsepsiya mövcuddur. Bu səbəbdən də zaman-zaman belə hallarla qarşılaşırıq. Nəyinki, Səfəvilər, həmçinin Qaraqoyunlu və Ağqoyunlu dövlətləri də nişanda əksini tapmalıdır”

Kamran Ədalətoğlu
Bu xəbər oxucular tərəfindən 1447 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed