17.12.2014 [11:20] - Gündəm, Hadisə
ABŞ-ın Nyu York və Missuri ştatlarında Münsiflər Məhkəməsinin qaradərili insanları öldürən polis zabitlərini məsuliyyətə cəlb etməməsinə etiraz olaraq nümayişlər davam edir. Amerikada irq və irqi ədalət ilə bağlı ən geniş yayılmış etirazlar rəsmiləri bu situasiyaya reaksiya verməyə və hüquq-mühafizə sistemini nəzərdən keçirməyə vadar edir.
Nümayişlər Kaliforniya ştatının Berkli şəhərində zorakı xarakter alıb. Orada etirazçılar daş və kərpic ataraq mağazaların şüşələrini sındırıblar.
Polis bir neçə saat davam edən iğtişaşın qarşısını almaq üçün bibər qazı ilə cavab verib.
Nyu-York, Vaşinqton, Çikaqo və digər böyük şəhərlərdə isə daha dinc etirazlar keçirilib.
“Biz bu etirazların əsasını təşkil edən tarixi irqi dinamika haqqında açıq şəkildə danışmalıyıq.”
Nyu York şəhərinin meri Bill de Blasio bu sözləri deyib.
Bizim bu ölkənin irqçilik tarixi haqqında açıq müzakirəmiz olmalıdır. Valideyinlər uşaqlarının polislə qarşılıqlı əlaqə qurduğu zaman təhlükə ilə üzləşə biləcəyindən qorxurlar.
Bill de Blasio, Nyu-York meri
“Bizim bu ölkənin irqçilik tarixi haqqında açıq müzakirəmiz olmalıdır. Valideyinlər uşaqlarının polislə qarşılıqlı əlaqə qurduğu zaman təhlükə ilə üzləşə biləcəyindən qorxurlar. Halbuki polis onları qorumaq üçündür. Biz bu problemi aradan qaldırmalıyıq.”
Mer bildirir ki, Amerikanın ən böyük polis qüvvəsi olan Nyu-York polisinə azlıq təşkil edən icmalarla rəftar barəsində yeni təlimlərlər keçiriləcək. O, ümid edir ki, bu təlimlər gələcəkdə ölümlə nəticələnən qarşıdurmaların qarşısını alacaq. Qeyd edək ki, bu ilin əvvəli qeyri-qanuni siqaret satıcısı olan silahsız Erik Qarner və polis arasında olan qarşıdurma nəticəsində Erik Qarner polis tərəfindən zorla yerə yatızdırılıb və nəticədə boğularaq ölüb.
Cənab De Blasio açıq şəkildə bildirib ki, o iki irqə məxsus olan oğluna polis ona yaxınlaşdığı zaman ehtiyatlı olmağını tövsiyyə edib.
Nümayişçilər cinayətdə ittiham olunan polislərin cəzalandırılmasını tələb edir.
“Mən ona qəfil hərəkət etmə, əlini telefonuna uzatma demişəm- çünki qaradərili insanların bu cür hərəkətlərinin polis tərəfindən təhrif edilmə şansı yüksəkdir.”
Bu sözlər polis nümayəndələrinin qəzəbinə yol açıb. Onlar meri ictimai asayişi qorumaq üçün həyatlarını təhlükəyə atan insanları müdafiə etmək əvəzinə onları günahlandırmaqda ittiham edirlər. Nyu York Polis ittifaqının başçısı Patrik Linç deyir:
“Həbsə qarşı müqavimət göstərmək olmaz, çünki müqavimət qarşıdumaya yol açır. Qarşıduma isə faciəyə səbəb olur.”
Həbsə qarşı müqavimət göstərmək olmaz, çünki müqavimət qarşıdumaya yol açır. Qarşıduma isə faciəyə səbəb olur.
Patrik Linç, Nyu-York Polis İttifaqının rəhbəri
Münsiflər Məhkəmələrinin polis zabitlərinə qarşı cinayət işi açmamaq qərarları son həftələr ərzində dünya ictimaiyyətinin diqqətini cəlb edib. Lakin kriminalistika üzrə professor Ceyms Ceykobun sözlərinə əsasən bu hal illər boyu belə davam edib.
“Mən düşünürəm ki, polis zabitləri cəmiyyət tərəfindən legitimlik əldə ediblər. İnsanlar onların işlərinin çox çətin olduğunu qəbul ediblər.”
Ötən həftə prezident Barak Obama bildirib ki, Amerika xalqının ABŞ hüquq-mühafizə sisteminə etimadı və qanunların hər bir amerikalıya eyni dərəcədə tətbiq olunduğuna dair inamı bərpa olunmalıdır.

Bu xəbər oxucular tərəfindən 893 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |