17.12.2014 [11:37] - Gündəm, Siyasət
ABŞ-ın 43-cü prezidentinin qardaşı və 41-ci prezidentinin oğlu Ceb Buş 2016-cı ildə prezident seçkilərinə qatılıb-qatılmamaqla bağlı qərar vermək üçün imkanları araşdırdığını bildirib.
Ceb Buşun bir zamanlar qubernatoru olduğu Florida ştatı ABŞ prezident seçkilərində demək olar həmişə siyasi mübarizənin mərkəzinə çevrilir.
61 yaşlı Ceb Buşun bu gün Facebook və Tvitter səhifəsində yazdığına görə, o, Respublikaçılar partiyasından prezidentliyə nominasiya almaq üçün kampaniya aparmaq məsələsini bu yaxınlarda ailəsilə Şükranlıq gününü qeyd etdiyi zaman müzakirə edib. Onun bildirdiyinə görə, indi o, kampaniyaya başlayıb-başlamamaq haqda qərar verməzdən öncə ABŞ-ın müxtləif yerlərinə səfərlər edib, seçicilərlə görüşüb danışmaq üçün maliyyə vəsaiti toplamağı planlaşdırır.
Ceb Buş 2009-cu ildə iki müddət prezident olduqdan sonra Ağ Evi tərk edən prezident Corc Buşun kiçik qardaşı və 1989-cu ildən 1993-cü ilə qədərABŞ prezidenti olmuş Corc Herbert Buşun oğludur.
Ceb Buş 2016-cı ildə Respublikaçılar partiyasından nominasiya almaq üçün mümkün namizədlərdən biri hesab edilir. O, mühacirət, təhsil və başqa məsələlərlə bağlı daha mühafizəkar mövqeyə görə ABŞ-da respublikaçılar arasında daha böyük üstünlüyə malik favorit namizəd kimi qəbul edilir.
ABŞ Konstitusiyasına əsasən, hazırda demokrat partiyasından prezident olan Barak Obama üçüncü müddətə prezident seçilə bilməz. Keçmiş Dövlət katibi, ABŞ-ın keçmiş prezidenti Bill Klintonun xanımı Hillari Klinton demokrat partiyasından prezidentliyə nominasiya almaq üçün namizədliyini irəli sürüb-sürməməyi nəzərdən keçirir.

Bu xəbər oxucular tərəfindən 703 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |