17.12.2014 [11:40] - Xəbərlər, Türk dünyası-Turan, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Türkmən dilinə dövlət statusunun verilməsi əldə olunan nailiyyət kimi qəbul edilə bilər”
Əlirza Amanbəyli: “Yəqin bu adımdan regionun digər dövlətləri də ibrət götürər”
Türkmən dili Şimali İraqda dövlət dili statusunu qazanıb. Bu isə o deməkdir ki, kürd əhalisinin başçısı Bərzani, bu vaxta qədər İraq hökumətinin etmədiyi bir addım atıb.
Bununla bağlı Milli Dirçəliş Hərəkatı partiyasının sədri, millət vəkili Fərəc Quliyev atılan addımı alqışlasa da, daha ciddi hərəkətə keçməyin zamanı yetişdiyini də diqqətə çatdırdı: “Türdilli toplumların bir-birini himayə etməsi bir qədər zəifdir. İraqda üç subyektin yaranma imkanları vardı. Türkmənlərin özlərinin muxtariyyətinin alınması məsələsinə də gedib çıxa bilərdik. Amma təəssüf ki, İraq məsələsilə əlaqədar Türkiyə ABŞ-ın orada keçirdiyi əməliyyatlar dönəmində bir qədər yanlış siyasət yürütdü. Halbuki fərqli davranışla orada ciddi nəticələr əldə etmək mümkün idi. Bununla belə, türkmən dilinə dövlət statusunun verilməsi də müəyyən qədər əldə olunan nailiyyət kimi qəbul edilə bilər. Amma hesab edirəm ki, fərqli davranıb oradakı soydaşlarımızın ciddi şəkildə dövlət qurumlarını ayaq üstə qoymaq imkanları var. Zaman da göstərir ki, türk toplumları param-parça olsalar da, fərdi qaydada mübarizə aparmaq məcburiyyətində qalırlar və müəyyən şeylərə nail olurlar. Amma ciddi dəstək və koordinasiya olunmuş siyasət olsa, daha ciddi nəticələrə imza atmaq da mümkündür. Dilimizin hətta dünyanın aparıcı dilləri sırasında olmaq imkanları mövcuddur. Hər halda türkmənlər üçün atılan bu addım alqışlanmalıdır”.
MDHP Güney Azərbaycan Departamentinin sədri Əlirza Amanbəyli də atılan bu addımı alqışladı: “Bərzani hökumətinin türkmən qardaşlarımızın ana dilini rəsmi dil olaraq qəbul etməsi müsbət bir addımdır. Hesab edirəm ki, bu addımdan regionun digər dövlətləri də ibrət götürər. İranda 30-40 milyona yaxın Azərbaycan türkü, türkmən yaşayır. Amma onların ana dilində məktəbləri yoxdur. Lakin o da var ki, türkmənlərin ana dili tanınsa da, onların doğma yurdu olan Kərkükdə kürdlər yerləşdirilib. Yerli türkmənlər isə qətliama məruz qalır. Evlərinin tapuları yandırılaraq, tarixi abidələr məhv edilib. Türk torpaqlarında böyük Kürdüstan ideyası irəli sürülür və formalaşdırılmağa çalışılır”.

Rüfət
Bu xəbər oxucular tərəfindən 1099 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |