Şrift:
Müdafiə naziri Silahlı Qüvvələrin tibb xidmətinin rəhbər zabit heyəti ilə görüşüb
17.12.2014 [12:34] - Gündəm, Hərb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi tibb xidmətinin rəhbər heyətinin ilin yekunlarına həsr olunmuş toplantısında iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, toplantda nazirliyin Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev son bir il ərzində qoşunlarda şəxsi heyətin döyüş hazırlığı və sosial-məişət şəraitinin səviyyəsinin yaxşılaşdırılması, hərbi tibb müəssisələrinin müasir avadanlıqlarla təchiz edilməsi, müayinə və müalicə işinin təkmilləşdirilməsi, hərbi qulluqçuların və onların ailə üzvlərinin sağlamlıq vəziyyətinin qorunması və tibbi təminatının müasir tələblərə uyğun təşkil edilməsi üçün dövlət və ordu rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlərin vacibliyini qeyd edib, müdafiə nazirinə bu sahəyə göstərdiyi diqqətə görə görüş iştirakçıları adından minnətdarlığını çatdırıb.

General-polkovnik Zakir Həsənov toplantıda çıxış edərək Silahlı Qüvvələrin döyüş qabiliyyətinin möhkəmləndirilməsi məqsədilə irimiqyaslı quruculuq işlərinin aparıldığını və bu işin ölkə rəhbərliyinin, şəxsən prezident, ali baş komandan İlham Əliyevin diqqət mərkəzində olduğunu vurğulayıb.

2015-ci tədris ili üçün qarşıda duran vəzifələrdən danışan müdafiə naziri bu gün dövlət rəhbərliyinin əsas məqsədinin Silahlı Qüvvələrin döyüş qabiliyyətinin daha da gücləndirilərək torpaqlarımızın işğaldan azad ediməsi vəzifəsinin yerinə yetirilməsindən ibarət olduğunu qeyd edib. O, məhz bu sahədə tibb xidməti zabitlərinin də üzərinə düşən məsuliyyətin artırılmasını, hər bir hərbi tibb müəssisəsi rəhbərliyinin xidmət etdiyi hərbi bölmənin döyüş qabiliyyətinin möhkəmləndirilməsinə töhfə verməsini diqqətə çatdırıb.

Görüşün sonunda Zakir Həsənov tibb zabitlərinin hərbi təbabətin aktual sahələri ilə bağlı suallarını cavablandırıb və bir sıra məsələlərə aydınlıq gətirib.

Snra Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin əsaslı təmir olunmuş qərargah və yataqxanasına baxış keçirən müdafiə naziri görüləcək işlərlə bağlı tövsiyə və tapşırıqlarını verib.
Bu xəbər oxucular tərəfindən 740 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed