29.12.2011 [12:03] - Sosial
“Ortaq Dəyərlər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Eurovision paytaxtının sakini” layihəsi çərçivəsində 27 dekabrda ictimai müzakirə təşkil edib.
Atatürk Mərkəzində keçirilən toplantıda QHT və media təmsilçiləri iştirak ediblər.
Tədbiri açan “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib ki, sonuncu “Eurovision” mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin birincilik qazanması ilə ölkəmizin növbəti yarışmaya ev sahibliyi etmək missiyasını öz üzərinə götürməsi bir sıra vəzifələr yaradıb. Belə ki, paytaxtımız Bakı şəhəri 2012-ci ilin mayına – növbəti yarışmanın keçirilib başa çatmasına qədər “Eurovision” paytaxtı hesab olunur, Bakı sakinləri isə “Eurovision” paytaxtının sakinləri.
A.Camal qeyd edib ki, müsabiqənin yüksək səviyyədə keçirilməsi üçün paytaxtda kompleks işlər aparılır ki, bu da Azərbaycan paytaxtının bu mühüm müsabiqəyə layiqli şəkildə ev sahibliyi edəcəyinə böyük inam yaradır: “Bununla belə, Bakı şəhərinin ictimai həyatında bəzən mənfi xüsusiyyətlər də özünü göstəririr ki, bu da “Eurovision” paytaxtı sayılan bir şəhər üçün arzuolunmazdır. İlk növbədə paytaxt sakinləri tərəfindən küçə və parkların zibilləndirilməsi, divarlara elan və bildirişlərin yapıdırılması, müxtəlif sayt ünvanlarının yazılıması, sərnişin nəqliyyatı idarəedicilərinin onlar üçün qoyulan geyim və təmizlik, həmçinin sərnişinlərlə davranış qaydalarına əməl etməmələri Bakı üçün mənfi çalarlar təşkil edir”.
İB sədri hesab edir ki, bu vəziyyətin qarşıdakı “Eurovision” günlərində də özünü göstərməsi, Bakıya gələcək minlərlə turistin, o cümlədən dünya media təmsilçilərinin paytaxtımızla bağlı təsəvvürlərində mənfi izlər buraxa bilər. Ona görə də, hər bir sakin öz üzərinə düşən mənəvi məsuliyyəti dərk etməlidir.
İcra etdikləri layihə barədə məlumat verən A.Camal bildirib ki, mövzu ilə bağlı çoxsaylı məqalə və müsahibələr hazırlanaraq ölkə KİV-də dərc olunub, müvafiq bukletlər çap edilərək Bakı sakinlərinə paylanıb. 3 aylıq layihənin icrası zamanı təşkilatın mövzu ilə daha yaxından tanış olduğunu, problemləri öyrəndiyini bildirən İB sədri qarşıdakı dövrdə layihəni davam etdirmək niyyətində olduqlarını deyib.
Tədbirdə mövzu ilə bağlı APA agentliyinin əməkdaşı, 3 “Eurovision” yarışmasını canlı olaraq izləmiş Ülkər Qasımova, “Bir Millət, Yeddi Dövlət” Konseyinin başqanı Azər Həsrət, “Müasir İnkişaf” İctimai Birliyi İdarə Heyətinin üzvü Taryel Faziloğlu, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı, Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə və Türk Hərəkatı İctimai Birliyinin sədri Həbib Ələkbərov çıxış edərək təkliflərini çatdırıblar.

Bu xəbər oxucular tərəfindən 1286 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |