Şrift:
Ermənistanda boşalan kəndlər
17.12.2014 [13:39] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Erməni jurnalistlərin araşdırması şok faktlar ortaya çıxarıb
“Google Earth” xidməti ilə araşdırma göstərir ki, son 23 ildə Ermənistanda yüzlərlə kənd ləğv olub.

Respublikanın şimalında - keçmiş İcevan rayonunda yerləşən Barekamavan kəndi də artıq yox olmağın astanasındadır. Beləliklə, Ermənistanda qalmış 953 kənddən biri də azalacaq. Halbuki, 1980-ci illərdə Ermənistanda kəndl sayı 2 minə yaxın idi və bu kəndlərdən 800-ündə azərbaycanlılar yaşayırdı.

1978-ci ilə qədər adı Azərbaycan dilində Dostlu olan Barekamavana baş çəkmiş erməni jurnalistlər kənddə cəmi 80 evdə yaşayış qalıb. Halbuki, 1990-cı illərin əvvəlinə kənddə yaşayan ailə sayı 1000-i keçirdi. Kənddəki evlərdə əsasən yaşlı adamlar qalıb və yalnız 20 evdə uşaqlar var. Bu dərs ilinin başlanğıcında məktəbdə cəmi 30 şagird dərsə başlamışdı, amma bu günlərdə daha 10 şagird məktəbi köçüb. Onların ailələri bir dəfəlik kəndi tərk edərək Rusiyaya köçüblər.

Kəndin icma başçısı Qaqik Abazyan həmin ailələrin dolanışıq üzündən kəndi tərk etdiyini bildirib. Onun sözlərinə görə, kənd sakinlərinə məxsus 340 hektar ərazidən hətta 1 hektar belə əkilmir.
Bu xəbər oxucular tərəfindən 1240 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed