17.12.2014 [19:21] - Gündəm, Gənclik
“Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən Bakı şəhər Nərimanov, Xətai və Səbail rayonlarında fəaliyyət göstərən orta ixtisas təhsil, ümumtəhsil, köçkün tam orta məktəblərində “Sağlam gənclik Sağlam gələcəkdir!” devizi altında layihə həyata keçirilmişdir.
Təlimlərdə gənc iştirakçılara pis vərdişlərdən ən təhlükəlisi olan Narkomaniya haqqında ətraflı məlumat verilmişdir. Bundan əlavə narkotik istifadəçilərinin geriyə dönüşün olmadığı bu girdabdan cəmiyyətə yenidən normal insan kimi qayıda bilməmələri tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Bir ümumi ad altında adlandırılmış narkomanların zaman içində heç bir mənəvi dəyərlərinin olmamasına gətirib çıxaran sonu tezliklə ölümlə nəticələnən aludəçiliyinin təhlükəsinin ciddiliyi yeniyetmələrə ətraflı şəkildə anladılmışdır. Narkotik vasitələrin təsnifatı, narkotik istifadəçilərinin digər xüsusilə təhlükəli olan immun çatışmamazlığı xəstəliklərinə yoluxmaları, islam əxlaqında Allahın əmanətinə - insanın öz bədəninə ziyan verməsinə münasibət, siqaret və onun orqanizmə təsiri, qeydiyyatda olan narkotiklərdən əziyyət çəkən xəstələr, narkotiklərlə bağlı cinayətkarlıq, ölkəyə gətirilən narkotiklər, hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qeyri-qanuni dövriyyəsinin qarşısının alınmasına dair statistika, Azərbaycan Respublikasının narkomaniya və narkobiznesə qarşı mübarizədə həyata keçirdiyi tədbirlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər haqqında məlumatlar verilmiş, qeyd olunan mövzular ətrafında müzakirələr aparılmış, şagirdləri maraqlandıran çoxsaylı suallar cavablandırılmışdır.
Layihə çərçivəsində “Sağlam gənclik Sağlam gələcək!” adı altında 3500 ədəd buklet və 3500 ədəd broşür nəşr olunaraq iştirakçılara paylanmışdır.

Bu xəbər oxucular tərəfindən 1075 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |