Şrift:
Amerika Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
18.12.2014 [11:07] - Gündəm, Siyasət
ABŞ (Amerika Birləşmiş Ştatları) Prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyaları həftənin sonuna kimi imzalamağa hazır olacaq.
Medianın yaydığı məlumata görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.

ABŞ Konqresi bundan əvvəl "Ukraynada azadlığa dəstək verilməsi haqqında" qanun qəbul edib. Qanun silah və neft sahəsində yüksək texnologiyaların istehsalı ilə məşğul olan Rusiya şirkətlərinə qarşı sanksiyaların genişləndirilməsini, həmçinin, Ukrayna hökumətinə hərbi yardımın göstərilməsini nəzərdə tutur.
Bu xəbər oxucular tərəfindən 724 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed