Şrift:
ABŞ-ın Azərbaycandakı və Ermənistandakı səfirləri təsdiqlənib
18.12.2014 [12:04] - Xəbərlər, Siyasət
Dekabrın 16-da ABŞ Senatı dekabrın Robert Sekutanı Azərbaycana səfir postuna təsdiqləyib.

Prezident Barak Obama dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin böyük müavini Robert Sekutanın Azərbaycana səfir postuna namizədliyini iyul ayında irəli sürüb. O, əvvəllər ABŞ-ın Əfqanıstan, Yaponiya və Almaniyadakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb.

ABŞ Senatı Ermənistana səfir təyin olunan Riçard Millzin də namizədliyini təsdiqləyib. Millz hazırda ABŞ-ın Livandakı səfirinin müavinidir.

Millz əvvəllər ABŞ-ın Maltadakı səfirliyinin müvəqqəti işlər vəkili postunu tutub, Parisdə, Dublində, Londonda, Bağdadda, İslamabadda diplomatik xidmət keçib. O, həmçinin Dövlət Departamentinin konsul şöbəsində Azərbaycan və Ermənistan istiqaməti üzrə çalışıb.
Bu xəbər oxucular tərəfindən 794 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed