18.12.2014 [13:13] - Gündəm, Siyasət
Dekabrın 3-də AzərTAc Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin məqaləsini yayıb.
“İkili standartların dünya nizamı və müasir Azərbaycan” adlı məqalə belə başlayır: “Biz hamımız son 25 ildə dünyanın geosiyasi xəritəsinin necə dəyişməsinin şahidiyik. Şərqi Avropa ölkələrində “məxməri inqilablar” “sosializm düşərgəsi”nin dağılmasının və dünya arenasında qüvvələrin yenidən yerləşməsinin başlanğıc nöqtəsi oldu. Dünyanın yalnız bir mərkəzdən idarə edilməsinin təməli qoyuldu. SSRİ dağılandan sonra ikiqütblü dünya faktiki olaraq bir qütblü dünya ilə əvəz edildi və belə dünyada mövcud olmağın bütün xüsusiyyətlərini biz artıq öz gündəlik həyatımızda hiss etməyə başlayırıq”.
Məqalənin “Qeyri-hökumət təşkilatları (QHT) yeni nəsil “beşinci kolon”lar rolunda” adlı bölümündə deyilir: “Azərbaycanda “beşinci kolon” yaradılması üzrə müxtəlif QHT-lərin fəaliyyətinin maliyyələşdirilməsi sxemi təxminən belədir. Dövlət Departamenti demokratiyanın yayılması üzrə əsas təşkilat olan USAİD (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) üçün pul ayırır. USAİD də öz növbəsində rəngli inqilabların NED (Milli Demokratiya Fondu), İRİ (Beynəlxalq Respublika İnstitutu) və NDİ (Milli Demokratiya İnstitutu) kimi təşkilatçılarını maliyyələşdirir. Bundan əlavə, USAİD yerli QHT-ləri və xarici təşkilatların Azərbaycandakı digər nümayəndəliklərini birbaşa maliyyələşdirir. Bununla yanaşı, Milli Demokratiya Fondu (NED) yerli QHT-ləri və xarici təşkilatların ölkəmizdəki nümayəndəliklərini bilavasitə özü maliyyələşdirir.
Nyu-Yorkdan olan geosiyasi analitik Erik Drayserin fikrincə, ABŞ və onun müttəfiqləri Azərbaycanda vəziyyətin sabitliyini pozmaq məqsədilə “insan hüquqları”, “vətəndaş cəmiyyətinin azadlığı” və “demokratiya” haqqında standart demoqoqluğa keçiblər.
Məsələn, üzdəniraq “siyasi məhbuslar”dan biri Anar Məmmədli Seçkilərin Monitorinqi və Demokratiya üzrə Tədris Mərkəzinin rəhbəridir. Müəllif yazır: “Təşkilat 2002-ci ildə yaradıldığı andan ABŞ-ın “yumşaq güc”ünün əlavəsi olub. O, ABŞ hökuməti tərəfindən maliyyələşdirilən demokratiyaya dəstək milli fondunun bir qolu olan Milli Demokratiya İnstitutunun (NDİ) maliyyə dəstəyi ilə QHT-nin və vətəndaş cəmiyyəti təşkilatlarının köməyi ilə bütün dünyada “yumşaq güc” yaymaq məqsədilə yaradılıb”.
Erik Drayser hesab edir ki, Anar Məmmədli və onun “siyasi məhbus” həmkarları əslində ABŞ-ın və onun müttəfiqlərinin agentləridir, onların siyasi və ictimai həyatı bütünlüklə Qərb təşkilatlarına borcludur. ABŞ nə üçün vəzifəsi seçkiləri şübhə altına almaq olan agentlər yerləşdirir və bununla da onun qəzəbinə tuş gəlmiş hökumətləri mütiliyə məcbur edir? Cavab üçün uzağa getmək lazım deyil. 2003-cü ildə Gürcüstanda “Qızılgül inqilabı”nı, 2004-cü ildə Ukraynada “Narıncı inqilab”ı xatırlamaq kifayətdir.
E.Drayser mülahizələrini davam etdirərək yazır ki, Vaşinqton və Brüssel tərəfindən təqdim olunmuş qondarma “siyasi məhbus”ların siyahısına nəzər salsaq aşkar görünər ki, bu adamlar Azərbaycanı Amerikanın tələblərinə uyğun çalışmağa məcbur etmək məqsədilə xaricdəki sponsorların adından fəaliyyət göstərirlər. Burada təzə heç nə yoxdur, çünki ABŞ bütün dünyada vətəndaş cəmiyyəti təşkilatlarından və QHT-lərdən öz məqsədlərinə çatmaq, hakimiyyəti dəyişmək və ya onları ABŞ-ın göstərişlərini yerinə yetirməyə məcbur etmək üçün təzyiq aləti kimi istifadə edir.
Qısası, “sözə baxmayan”lara təsir tədbirləri yaxşı məlumdur və dəfələrlə sınaqdan çıxarılıb: güc aksiyaları, iqtisadi və təbliğat xarakterli təzyiq, daxili işlərə qarışmaq. Başqa sözlə desək, vətəndaş cəmiyyəti haqqında hər hansı mülahizələr ABŞ-ın “yumşaq güc” sxeminin reallaşdırılması üçün kodlaşdırılmış dildir. Ona görə dövlətlər tərəfindən bu cür təşkilatlara qarşı hər hansı hərəkətlər Amerikanın maraqlarının zəiflədilməsi cəhdləri hesab edilir. Vaşinqton strateqlərinin fikrincə, Azərbaycan NDİ-nin fəaliyyətini, “World vision” təşkilatının, Amerika Hüquqşünaslar Assosiasiyasının (ABACELLİ), habelə Beynəlxalq Araşdırmalar və Mübadilə Şurasının (İREX) aktivlərini dondurmaqla hüquqazidd hərəkət edib. Onlar hesab edirlər ki, bütün bu qurumlar bilavasitə ABŞ, Avropa dövlətləri və təşkilatları tərəfindən maliyyələşdirildiyinə görə, Azərbaycan dövləti onların fəaliyyətini tənzimləyən tədbirlər görməməli idi.
Bununla yanaşı, aşkardır ki, qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı yeni normativ-hüquqi aktların qəbul edilməsi də bu sahədə qanunçuluğun təmin olunmasına və QHT-lərin müvafiq dövlət strukturları ilə qarşılıqlı fəaliyyətinin asanlaşdırılmasına yönəlib. Şəffaflığın artırılması Azərbaycanda həyata keçirilən bütün islahatların məzmununun əsasını təşkil edir. Biz bu müddəanı əsas tuturuq ki, şəffaflığın təmin edilməsi tədbirləri həm dövlət sektorunun, həm də vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətini əhatə etməlidir və bu, ədalətlidir. Noyabrın 20-dən etibarən QHT-lərin fəaliyyəti barədə qanunvericilik aktı – “Qrantlar haqqında” Qanun qüvvəyə minib. Həmin Qanuna əsasən qrantları yalnız ölkəmizdə donorlar qismində çıxış etmək hüququna malik olan, filialları və ya nümayəndəlikləri qeydiyyatdan keçmiş xarici təşkilatlar ayıra bilər. Bu, QHT-lər üçün qrantlar ayrılmasının və ən başlıcası, onlardan hansı məqsədlər üçün istifadə olunmasının şəffaflığını təmin edəcəkdir. Bu, ondan irəli gəlir ki, vətəndaş cəmiyyətinin iştirakçılarının, xüsusən beynəlxalq QHT-lərin Azərbaycanda fəaliyyəti yetərincə şəffaf deyildir.
Azərbaycanda “Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi” İctimai Birliyi bir neçə il ərzində 9 qrant sazişi üzrə təqribən 358 min manat alıb. Qanuna görə, bu cür sazişlər qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Lakin bu mərkəz 9 qrant sazişindən yalnız ikisini qeydiyyatdan keçirib. Daha bir nümunə kimi “Sülh və Demokratiya İnstitutu”nu göstərmək olar. Bu institutun rəhbəri Leyla Yunus “Azərbaycan qadınları Qafqazda sülh və demokratiya uğrunda” QHT-nin təsisçisi olmadığı halda məhz bu təşkilatın hesablarından müxtəlif valyutalarda iri məbləğlər çıxararaq onlardan şəxsi məqsədləri üçün istifadə edib. Yalnız təəssüflənmək olar ki, xarici QHT-lərin Azərbaycandakı filialları və nümayəndəlikləri çox vaxt milli qanunvericiliyin tələblərini və beynəlxalq hüquq normalarını pozurlar. Məsələn, son illərdə ABŞ-ın Milli Demokratiya Fondu (National Endowment for Democracy – NED) tərəfindən Azərbaycan QHT-lərinə 83 saziş üzrə təqribən 2,8 milyon manat, Amerika Milli Demokratiya İnstitutu (NDİ) tərəfindən 12 saziş üzrə təqribən yarım milyon manat, Beynəlxalq Araşdırmalar və Mübadilə Şurası (İREX) tərəfindən 35 saziş üzrə təqribən 900 min manat, Avropa Demokratiyaya Dəstək Fondu (EED) tərəfindən 300 min manat, Açıq Cəmiyyətə Dəstək Fondu (Lixtenşteyn) tərəfindən 625 qrant sazişi üzrə 7,6 milyon manat vəsait ayrılıb. Bu qrant sazişlərinin xeyli hissəsi qeydiyyata alınmayıb.
Bəzi donorlar QHT-lərə pulu nağd, yəni, rəsmi sənədləşdirmə olmadan verirlər. Bu, ciddi hüquq pozuntusudur. Bütün bunlar heyrət doğurur, ən azı ona görə ki, nəticədə QHT-lər aldıqları vəsaitlərdən müvafiq vergiləri ödəmirlər. Bəzi QHT-lər aldıqları qrantları vətəndaş cəmiyyəti strukturlarının inkişafına deyil, ölkədə konstitusion quruluşu zorakılıqla dəyişmək cəhdlərinə yönəldirlər. Xarici donorlar müəyyən təşkilatları maliyyələşdirməklə onları Azərbaycan qanunlarını və ölkədə sabitliyi kobud şəkildə pozmağa məcbur edirlər. Bununla da həmin donorlar faktiki surətdə vətəndaş cəmiyyəti təsisatlarının inkişafı ilə məşğul olmaq əvəzinə, “beşinci kolon”dan olan müəyyən şəxslərə pul verərək onlardan Azərbaycan dövlətinə qarşı istifadə edirlər.
Məsələn, Avropa Demokratiyaya Dəstək Fondu yeganə məqsədi Azərbaycan dövlətinə qara yaxmaq, Azərbaycanın nüfuzunu azaltmaq olan Meydan TV layihəsinə təqribən 300 min dollar məbləğində qrant ayırıb. Bu cür fəaliyyət siyasi riyakarlığın sübutu olmaqla bərabər, həm də vətəndaş cəmiyyəti ideyasının özünün əhəmiyyətinə ziyan vurur”.

Bu xəbər oxucular tərəfindən 814 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |