Şrift:
Kipr sahillərində nəhəng qaz yatağı aşkarlanıb
29.12.2011 [13:59] - Gündəm
Aralıq dənizində, Kiprdən cənub-şərqdə nəhəng qaz yatağı aşkarlanıb. Bu barədə ABŞ-ın “Noble Energy” şirkəti açıqlama yayıb.

Yatağın ehtiyatları 140-335 mlrd. kubmetr həcmində qiymətləndirilir. Bu, “Noble Energy” şirkəti tərəfindən Aralıq dənizinin Levantiya çökəyində aşkarlanmış beşinci qaz yatağıdır. Şirkət onların məcmu ehtiyatını 950 mlrd. kubmetr həcmində dəyərləndirir.

Qeyd edək ki, bölgədə aparılan geoloji kəşfiyyat işləri Türkiyə hökumətinin etirazları ilə qarşılanıb. Ankara bəyan edib ki, bunun üçün Kipr adasının şimalında qurulmuş Şimali Kipr Türk Cümhuriyyətindən icazə alınmalıdır.
Bu xəbər oxucular tərəfindən 932 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed