Şrift:
Boksçularımız Rusiyada yeddi medal qazanıblar
19.12.2014 [13:29] - İdman
Azərbaycan boksçuları Rusiyada keçirilən beynəlxalq turnirdə iştirak ediblər
Rusiyanın Beloyarski şəhərində Sibirdə neft kəşf etmiş azərbaycanlı məşhur alim Fərman Salmanovun xatirəsinə həsr olunan neft ölkələrinin dünya kuboku yarışına yekun vurulub.

Məlumata görə, komandamız turnirdə 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb. Turnirdə 49 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa çempionu Salman Əlizadə finalda Özbəkistan nümayəndəsi Abdulla Kuçkarovu məğlub edərək birinci pilləyə yüksəlib. Kamran Şahsuvarlı (75 kq) yalnız həlledici görüşdə rusiyalı Andrey Kovalçuka uduzub. Rahil Məmmədli (91 kq) də Vətənə gümüş medalla dönüb. Həmyerlimiz finalda litvalı Tadas Tamaşauskasa məğlub olub.

Dörd boksçumuz – Kənan Hüseynəliyev (56 kq), Salman İbrahimov (64 kq), Rauf Rəhimov (81 kq) və Asəf Aslanlı (+91kq) bürünc medalla kifayətlənib.

Millimiz komanda hesabında Rusiya, Rusiya-2, Özbəkistandan sonra dördüncü yeri tutub.

Oyunların idarə olunmasında ölkəmizi hakim Anar Nağdıyev təmsil edib.
Bu xəbər oxucular tərəfindən 730 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed