19.12.2014 [14:10] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Xaricə “donos”lar ötürənlər, ermənilərlə işbirliyinə gedənlərin iqtidar-müxalifət dialoqunda iştirakı heç lazım da deyil”
Dekabrın 13-də aralarında müxaliflərin üstünlük təşkil etdiyi 17 partiya sədri ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun mətbuata qapalı görüşü keçirilib. Görüşdən sonra açıqlama verən PA rəsmisi nəticələrin Prezident İlham Əliyevə, Prezident Administrasiyasına və müvafiq strukturlara çatdırılacağını qeyd edib. Müxalifət partiya sədrlərinin PA-nın şöbə müdiri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Ə.Həsənovla görüşü, orada aparılan müzakirələr, səsləndirilən təkliflər və sair məsələlərlə bağlı sualları Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev cavablandırır.
- Fərəc bəy, ötən şənbə baş tutan görüşü necə qiymətləndirirsiniz?
- İstənilən cəmiyyətdə iqtidar və müxalifət olmalıdır. Əks qütblərin olması işin gedişinə xeyir verir və cəmiyyətdə inkişafa səbəb olur. Çox yaxşı haldır ki, Azərbaycanda da bu tendensiya müşahidə edilməkdədir. Xüsusilə yaxşı haldır ki, bir çox məsələlərin meydanlarda, küçələrdə deyil, dəyirmi masa arxasında həllinə üstünlük verilir. Biz bunu uzun illərdir ki, gündəmə gətirirdik. İndi də müxalifətin böyük əksəriyyəti bu fikirdədir. Təbii ki, bir-iki “müxalifət” partiyasını çıxmaq şərti ilə. Mən bunları ona görə “müxalifət” adlandırıram ki, onlar hökumətə qarşı deyil, dövlətə, dövlətçiliyə qarşı müxalifətçilik edirlər. Amma üzdə bu niyyətlərini gizlədib, guya ki, hökumətlə müxalifətçilik etdiklərini sərgiləyirlər. Azərbaycanda dünyagörüşü müxalifətçisi olmaq, alternativ fikri ortaya qoymaq, fərqli prinsipi gündəmə gətirmək başqa məsələdir, öz dövlətinin imicini sıfıra endirmək, ona qarşı olmaq, zərbə vurmaq tamam başqa məsələdir. Ona görə də özündə ən azından vətəndaş məsuliyyəti hiss edən, siyasətlə məşğul olan hər bir kəs hansısa məsələnin kimlərinsə qrup marağında olduğunu hiss etdiyi an dövlətin immunitetinin möhkəmləndirilməsi mövqeyindən çıxış etməlidir. Yəni, məqsəd dövlətin inkişafıdırsa, yaxşı platformaları, proqramları həyata keçirməkdirsə, hakimiyyətdə olan bir qrupla və ya partiya ilə də danışmaq lazımdır ki, özün hakimiyyətə gələnə kimi o təkliflər, prinsiplər həyata keçsin. Təbii ki, əsas məqsəd hakimiyyətə gəlmək deyilsə, hakimiyyətə gəlmək sadəcə bir vasitədirsə. Yox, əgər kimsə hakimiyyəti məqsəd sayırsa, onların mövqeyi, yanaşması yalnız cığalçılıqdan ibarətdir. Fikrimcə, son görüş onu göstərdi ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun simasında hakimiyyət tərəfdən də ölkədə bütün məsələlərin sivil yolla həll olunması üçün iradə var. Hakimiyyət bütün məsələlərin barışıq, əməkdaşlıq, sabitlik çərçivəsində baş tutmasında, palitranın rəngarəng olmasında maraqlıdır. Cənab Əli Həsənov oradakı çıxışı zamanı bu əlaqələrin daha da inkişafı üçün öz tövsiyələrini də səsləndirdi. Oradakı partiya sədrləri də bu görüşün yaratdığı imkanlardan istifadə edərək maliyyələşmə, qərargahla təmin olunma və bir sıra problemləri aldırdılar. Bütün bunlara rəğmən, mən hesab edirəm ki, hələlik Azərbaycan cəmiyyətində bu mesajlara bütün müxalifət qüvvələri cavab vermirlər. Amma dialoq üçün bu görüş çox ciddi zəmindir. Bu hadisəni dəstəkləyir, alqışlayıram. Lakin elə başa düşülməməlidir ki, buna qədər hakimiyyətlə müxalifət arasında dialoq, əməkdaşlıq olmayıb. Parlamentdə olan müxalifət partiya rəhbərləri qanunverici hakimiyyətdə təmsil olunur, alternativ düşüncələri oraya daşıyırlar. Bununla yanaşı, ölkədə demokratik media var və hər kəs orada çıxış edib öz fikirlərini cəmiyyətə çatdıra bilər. Ancaq mübarizəni qərəzli şəkildə meydanlara daşımaq istəyənlər, nə istədiklərini bilməyənlər də artıq danışıqlar masasının əhəmiyyətini dərk ediblərsə, bu, sevindirici haldır. Bu zəmin gələcəkdə ciddi şəkildə partiyalararası münasibətləri sahmana salacaq.
- Partiya sədri olaraq Siz görüşdəki çıxışınız zamanı hansı məsələləri qaldırdınız?
- Bu, partiyalararası görüş idi. əvvəlcədən bir neçə partiya belə bir təşəbbüslə Prezident Administrasiyasına müraciət etmişdi. Bəzən həmin partiyalardan 4-5-nin sədri qımışa-qımışa deyirlər ki, biz yalnız 4 partiyanın görüşdə iştirakını istəyirdik və sair. Amma nəzərə almırlar ki, orada görüşdə iştirak edən partiyalar da mütəmadi olaraq, ən müxtəlif təkliflərlə çıxış ediblər. Əgər hakimiyyət bütün partiyalarla birlikdə görüşürsə, bu, o deməkdir ki, iqtidar daha böyük iradə ortaya qoyub. Bütün partiyaların təkliflərini dinləmək qərarına gəlib. Səmimi desək, bu, çox effektli oldu, hər kəs öz fikrini dilə gətirdi. Təklif etdik ki, müxtəlif təklifləri hakimiyyətə çatdırmaq üçün işçi qrup olsun, gələcək görüşlər hər hansı milli məsələ ətrafında dartışmalara həsr olunsun. Bizimlə bərabər digər partiya sədrləri də çıxış edərək, seçki ilə bağlı təkliflərini də diqqətə çatdırdılar. Proporsional və majoritar seçki sisteminin birgə tətbiqi, yerli seçkilərdə iştirak, partiyaların siyasi həyatda daha da üzdə olması üçün axtarışlar və təkliflər də səsləndirildi. Hətta mən yaxşı mənada təəccübləndim ki, əksər məsələlərdə hakimiyyətlə müxalifət partiyaların mövqeyi üst-üstə düşürdü.
- Bəzi radikal müxalifət partiyaları bu görüşün iqtidar-müxalifət dialoqu kimi qələmə verilməsinin əleyhinə çıxış edirlər. Onların bu yanaşmasına münasibətiniz necədir?
- Hesab etmirəm ki, radikal müxalifət kimi adı hallanan partiyalar da mütləq görüşdə iştirak etməli idilər. Baxmayaraq ki, orada bütün partiyaların görüşdə iştirak etməsi barədə fikirlər bildirildi. Əli Həsənov da bu fikri qəbul edərək, bütün siyasi partiyalarla məmnuniyyətlə görüşməyə hazır olduğunu söylədi. Qeyd etdi ki, görüşün təşkilatçıları hansı partiyanı istəsə görüşə dəvət edə bilərdilər. Mənim fikrimcə, həmin görüşdə kimin iştirak edib-etməməsi situasiyanı dəyişmir. Dünənə kimi özünü milli müxalifət kimi göstərib sonradan Milli Şura adı altında Rusiya layihəsinə vasitə olan adamların belə görüşdə iştirak etməməsi daha məqbuldur. Azərbaycandan xaricə “donos”lar ötürməklə, ermənilərlə işbirliyinə getməklə Vətəninə xəyanət edənlərin belə görüşlərdə iştirakı heç lazım da deyil. Biz hakimiyyətə müxalifik, onlar isə dövlətə müxalifətçilik yolunu tutublar.

Rufik İSMAYILOV
Bu xəbər oxucular tərəfindən 923 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |