29.12.2011 [16:03] - Gündəm
Azərbaycanlı fəal Zohrabi azadlığa buraxılıb
Güney Azərbaycanın Qoşaçay şəhərinin sakini, azərbaycanlı fəal Vəliollah Zohrabi 15 gün saxlanıldıqdan sonra azadlığa buraxılıb.Dekabrın 12-i (azərin 21-i) məhkəmə qərarı ilə tutuqlanan azərbaycanlı fəal mülki vəsiqə və zəmanət qarşılığında azadlığa buraxıla bilərdi. Lakin o, özünü günahsız hersab etdiyi üçün bu şəraiti qəbul etməyib və 15 gün tutuqlu qalıb.Hər zaman milli- və mədəni zəmindəki fəaliyyətlərinə görə təhlükəsizlik qüvvələrinin diqqətində olan və bir çox təzyiqlərə məruz qalan azərbaycanlı fəal bu dəfə ümumi asayişi pozmaq və sistemin əleyhinə fəaliyyətdə ittiham olunub.
“YENİ AZƏRBAYCAN” İRANDAN HAKER HÜCUMUNA MƏRUZ QALDIĞINI BİLDİRİR
“Yeni Azərbaycan” qəzetinin redaksiyası qəzetin saytının İrandan haker hücumuna məruz qaldığını bildirir.
Qəzetdən verilən məlumata görə, “Yeniazerbaycan.com” saytına hücum dekabrın 26-da təqribən saat 19:30-dan 20:10-dək olub, saytda yerləşdirilmiş yazı və məqalələr haker müdaxiləsi nəticəsində qarışdırılıb.
Saytı dağıtmağa cəhd göstərən haker saytın səhifələrinə ingilis dilində “bu saytı XHat dağıdıb” yazıb.
Mütəxəssislərin səyi nəticəsində hücumun qarşısı alınıb, lazımi tədbirlər görülüb.
Qəzetin bildirdiyinə görə, araşdırmalar sayta hücumun 46.225.104.224 nömrəli İP-dən edildiyini, həmin İP-nin isə İrana aid olduğunu göstərib.
İRAN HƏRBİ DƏNİZ QÜVVƏLƏRİNİN KOMANDANI: “HÖRMÜZ BOĞAZINI BAĞLAMAQ BİZİM ÜÇÜN SU İÇİMİ KİMİDİR”
İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Həbibulla Səyyari İranın ingilis dilində verilişlər yayan “Press TV” kanalına açıqlamasında xarici təhdid olarsa, Hörmüz boğazını bağlayacaqlarını bəyan edib.
Həbibulla Səyyarinin İranın Hörmüz boğazını bağlaya biləcəyi haqda açıqlaması ölkənin birinci vitse-prezidenti Məhəmmədrza Rəhiminin Qərbə qarşı eyni xəbərdarlığından bir gün sonraya təsadüf edib. Dekabrın 27-də Məhəmmədrza Rəhimi deyib ki, İran neftinin satışına sanksiya qoyulacağı təqdirdə onlar Hörmüz boğazını bağlayacaq, hər hansı gəminin buradan keçməsinin qarşısını alacaqlar: “İran neftinə sanksiya qoysalar, Hörmüz boğazından bir damla neft də keçməyəcək”.
Həbibulla Səyyari deyib ki, İran lazım bildiyi vaxtda Hörmüz boğazını bağlamaqda tərəddüd etməyəcək: “Hörmüz boğazını bağlamaq bizim üçün su içimi kimi bir şeydir. Lakin biz bu gün bu boğazı bağlamağa ehtiyac duymuruq. Çünki Oman dənizi bizim nəzarətimizdədir və biz bu dənizdə gəlib-gedən gəmilərə nəzarət edə bilirik”.
ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner isə jurnalistlərə açıqlamasında İranın birinci vitse-prezidenti Məhəmmədrza Rəhiminin Hörmüz boğazının bağlana biləcəyi haqda dediklərini “boş-boş lovğalanmaq” adlandırıb.
SURİYA MÜXALİFƏTİNİN SÖZÇÜSÜ: “ÖLKƏDƏ TUTULAN İRANLILAR TƏHLÜKƏSİZLİK QÜVVƏLƏRİNİN ƏMƏKDAŞI OLUB”
Suriya Xalq İnqilabı Təşkilatının sözçüsü, prezident Bəşər Əsədə müxalif Suriya Mili Şurasının üzvü Bəssam Cəarə dekabrın 28-də Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Ərəbiyyə” telekanalına açıqlamasında Suriyada oğurlanmış iranlılardan danışıb.
Dekabrın 21-də Suriya prezidenti Bəşər Əsədə müxalif naməlum silahlı şəxslər Homs şəhərində beş iranlını tutub bilinməz istiqamətə aparıblar. İranın Suriyadakı səfirliyi oğurlananların kimliyi haqqında açıqlama verməsə də, onların mühəndis olduğunu və Homs şəhərindəki bir elektrik stansiyasında işlədiyini bildirib.
Dekabrın 25-də Suriyada daha iki İran vətəndaşının oğurlanması haqda məlumat yayılıb. Bununla da bu ölkədə oğurlanan iranlıların sayı yeddi nəfərə çatıb.
Bəssam Cəarə deyib ki, tutduqları İran vətəndaşları Homs şəhərindən çıxarılıb və başqa bir yerə köçürülüb: “Tutulan iranlılar kompüter mütəxəssisləridir və suriyalı müxalifləri izləmək, onları tutdurmaq üçün Bəşər Əsəd hökumətinə və Suriya təhlükəsizlik qüvvələrinə yardım məqsədilə Homs şəhərinə göndərilmişdilər. Suriya hökuməti bu şəxsləri axtarmaq üçün boş-boşunsa şəhəri gəzməsin. Çünki onlar artıq şəhərdən çıxarılıb və başqa bir yerə köçürülüb”.
İSLAHATÇI RUHANİ: “ALLAHIN KİTABI DA BUNLARIN ƏLİNDƏ VASİTƏDİR”
Qum dini dairəsinin islahatçı ruhanisi, Mübariz Ruhanilər Birliyinin üzvü ayətullah Seyid Məhəmməd Musəvi Xoeyniha Tehran Universitetinin tələbələri ilə görüşdə ölkədəki vəziyyətdən və 2012-ci ilin parlament seçkisindən danışıb.
Ayətullah islahatçıların parlament seçkisinə qatılmayacağını bəyan edib: “Bu gün çoxları nigaranlıqla bildirir ki, cəmiyyətimizdə əxlaq və dini etiqadın səviyyəsi əvvəlki illərlə müqayisədə dəhşətli dərəcədə aşağı düşüb, tənəzzülə uğrayıb. Hamımız iddia edirik ki, biz guya insanları və ölkəni islah etmək, cəmiyyətin əxlaq və dini etiqadını yüksəltmək istəyirik. Ola bilsin, bəziləri dedikləri bu sözə sadiqdirlər. Lakin sual yaranır ki, əgər belədirsə, bəs ortada niyə heç bir nəticə yoxdur və niyə heç kəs bu suala cavab vermir?
Hakimiyyətdəkilərə ən kiçik tənqid bildirənlərin təzyiq, təhdid, böhtan və söyüşə məruz qalması əxlaqa yer qoymayıb. Bizdə insanların sanki bir insan olaraq heç vaxt hörmət və ehtiramı yox imiş. Ölkədə insana hörmətlə yanaşma və onun hüquqlarına riayət edilməsi unudulub. İnsanlar yalnız qüdrət sahibi olduqları və ya hakimiyyətə yaxın olduqları təqdirdə hörmət sahibi olur, sayılırlar. Əks təqdirdə heç kəs onlara hörmətlə yanaşmır.
İş o yerə gəlib çatıb ki, mövcud vəziyyəti və hakimiyyətdəkilərə ən kiçik etiraz bildirən hər kəsi hər cür hörmətsizliyə məruz qoyur, söyürlər. Bunlar öz söyüşlərini adi bir hal kimi göstərmək üçün deyirlər ki, “Quran” da bəzi yerlərdə bəzilərini söyüb. Bir sözlə, bunlar öz çirkin əməllərini izah etmək üçün dindən maya tutur, dinin təlim-tərbiyə ilə bağlı qanunlarını istədikləri kimi təhrif edirlər. Allahın kitabı bunların əlində vasitədir.
Seçki məsələsinə gəldikdə isə mən öz fikrimi dəfələrlə bildirmişəm və demişəm ki, hakimiyyət islahatçıların qarşıdan gələn parlament seçkisinə qatılmasına imkan verməyəcək. İslahatçılar da mövcud vəziyyətlə seçkiyə qatıla bilməyəcəklər və qatılmamalıdırlar da. Axı onların yaxın dostları və silahdaşları, o sıradan da Musəvi və Kərrubi kimi şəxsiyyətlərin zindanda saxlandığı bir şəraitdə necə seçkiyə qatıla bilərlər?”
ABŞ donanması İranın Hörmüz boğazını bağlamasına icazə verməyəcəyini bəyan edib
“İranın Hörmüz boğazını bağlamasına əsla icazə verilməyəcək”Belə bir bəyanatla ABŞ Donanmasının Bəsrə körfəzindəki 5-ci donanmasının рəsmi nümayəndəsi Rebeka Ribariç çıxış edib. O bildirib ki, İranın neft sanksiyaları ilə bağlı Hörmüz boğazını bağlamaq təhdidinə dözümlə yanaşılmayacaq: “Hörmüz boğazının qlobal iqtisadiyyat üçün böyük əhəmiyyəti var. Beynəlxalq boğazda hər hansı bir ölkənin nəqliyyat azadlığına əngəl törədilməsi sakit qarşılana bilməz”. Rebeka Ribariç əlavə edib ki, ABŞ Donanması dəniz nəqliyyatının sərbəst hərəkətini təmin etmək üçün hər zaman hazırdır.
Fransa İrandan beynəlxalq qanunlara əməl etməyi tələb edib
Fransa İrandan beynəlxalq qanunlara əməl etməyi tələb edib. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəsmisi Bernard Valero açıqlama verib. O bildirib ki, İranın Hörmüz boğazını bağlamaq təhdidi ilə bağlı Fransa Xarici İşlər Nazirliyi bu ölkəni beynəlxalq hüquqa hörmət etməyə dəvət edib: “Beynəlxalq qanunlara əsasən, Hörmüz boğazı vasitəsilə neft daşınması sərbəstdir. Çünki BMT-nin 1982-ci ildə qəbul olunmuş Dəniz hüququna dair Konvensiyanın əsasnaməsinə görə, Hörmüz boğazı beynəlxalq boğaz kimi qəbul edilib. Ona görə də İranı qanunlara riayət etməyə çağırırıq”.
Amerika İranı bombalasa dünya təhlükədən qurtarar
ABŞ-da (Amerika Birləşmiş Ştatları) İrana qarşı kəskin çıxışlar edilir.
Amerika müdafiə naziri Robert Geytsin keçmiş xüsusi müşaviri Metyu Kroniq bildirib ki, ABŞ İranın nüvə obyektlərini (atom təsisatını) bombalamalıdır.
O, ABŞ-da Corctaun universitetində dərs verməklə yanaşı, ölkənin xarici siyasət şurasında öz postunu saxlamaqdadır.
Teleqaf.az «Kursor»-a istinadən xəbər verir ki, keçmiş müşavir «Foreign Affairs» jurnalına İranın nüvə silahı ələdə edəcəyini, atom-nüvə texnologiyasını bölgədəki müttəfiqlərinə verəcəyini, habelə Tehranın Yaxın Şərqi sürətlə silahlanmaya təhrik etdiyini yazıb.
«Belə bir şəraitdə ABŞ bu bölgədə çoxsaylı hərbi birləşmə saxlamağa, müttəfiqlərinin müdafiə qüdrətini artırmağa böyük məbləğdə vəsait sərf edəcək» deyə,o, bildirib.
Onun qənaətincə, İranın nüvə obyektlərinin bombalanması ABŞ-a daha ucuz başa gələr: «İranın bombalanması həm bölgəni, həm də dünyanı gerçək təhlükədən xilas edər. Bu ABŞ-ın milli təhlükəsizliyinin uzunmüddətli təmin olunması deməkdir».
Keçmiş müşavir indiki prezident Barak Obama hakimiyyətini İranın atom-nüvə proqramını ciddi qəbul etməməkdə qınyaraq, nüvəli İslam Respublikasının ABŞ-ın Yaxın Şərqdəki maraqlarını təhdid etdiyini deyib.
31 DEKABR – DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ MÜNASİBƏTİLƏ GAMACIN BƏYANAT YAYIB
Minilliklər boyu öz tarixi torpaqlarında yaşayan, zəngin mədəniyyətə, adət – ənənəyə və dövlətçilik təcrübəsinə sahib Azərbaycan türkləri bəşər
sivilizasiyasının inkişafına böyük töhfələr vermişlər. Lakin, müxtəlif dövrlərdə aparılan məkrli, işğalçı siyasət nəticəsində azərbaycanlıların istək və iradəsindən asılı olmayaraq, Azərbaycanın ərazisi parçalanmaya məruz qalmış,
ayrı-ayrı düşmənlərin maraqları dairəsində bölünərək işğal altına alınmışdır.

ayrı-ayrı düşmənlərin maraqları dairəsində bölünərək işğal altına alınmışdır. Azərbaycan milləti işğal və əsarətdən qurtulmaq, bütövlük və müstəqillik uğrunda mübarizəsini davam etdirmişdir.
1989-cu il dekabrın axırlarında Güney və Quzey Azərbaycan arasındakı sərhəd dirəklərinin dağıdılması, Arazın hər iki sahilində millətin sərhəd yürüşü, dəmir tikanlı məftillərin qırılması, birləşmək şüarı bir daha o taylı – bu taylı Azərbaycan türkünün bir millət olduğunu dünyaya göstərdi və bununla millətimizin bütövlüyünə doğru gedən prosesin möhtəşəm təməli qoyuldu. Bu möhtəşəm tarixi hadisədən etibarən
31 Dekabr – Azərbaycan Türklərinin birləşmək amacının simvolik rəmzi olaraq Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olunur.
Bu gün totalitar və işğalçı iran fars rejimi Güney Azərbaycanda yaşayan 30 milyondan çox türkün hüquq və azadlıqlarının pozulması, milli – mənəvi varlığının məhv edilməsi istiqamətində siyasət aparsa belə, millətimiz milli azadlığa doğru gedən qurtuluş və milli dövlətçilik savaşında israrlıdır. Son illərdə Güney Azərbaycanda kütləviləşən milli hərəkatın beynəlxalq aləmdə gündəmə gəlməsi millətimizin böyük gücə malik olduğunu göstərməkdədir.
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi bəyan edir ki, milli azadlıq hərəkatımızın qələbəsi milli kimlik şüurunun güclənməsində, istiqlalının təminatı olan sivil və sistemli təşkilatlanmada və
nəhayət milli birliyimizdədir.
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) dünyada yaşayan Azərbaycan türklərini 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik edir, onları həmrəyliyə və birliyə çağırır.

31 DEKABR – DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ MÜNASİBƏTİLƏ GAMACIN BƏYANATI

GÜNEY AZƏRBAYCAN MİLLİ AZADLIQ CƏBHƏSİ
Bu xəbər oxucular tərəfindən 1432 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |