20.12.2014 [13:13] - Gündəm, Siyasət
XİN: Dağlıq Qarabağ tərəf kimi heç vaxt Aİİ-yə daxil olmayacaq"
Belarusun Xarici İşlər Nazirliyi açıq bəyan edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olduqdan sonra Dağlıq Qarabağın tərəf kimi bu quruma qəbul edilməsinə heç vaxt yol verilməyəcək.
BELTA-ın verdiyi məlumata görə, bu barədə Belarusun xarici işlər nazirinin birinci müavini Aleksandr Mixneviç bildirib.
O deyib: "Biz bilirik ki, Qarabağ ərazisi Ermənistanın tərkibinə daxil deyil. Belə olsaydı, Gömrük Şurasına qəbul edilməzdi. Bunu erməni tərəfi də anlayır və qəbul edir. Müqavilədə açıq-aydın göstərilib ki, Dağlıq Qarabağ Ermənistan Respublikasının hissəsi deyil. Erməni tərəfinin rəsmi şifahi bəyanatı da buna sübutdur."
A.Mixneviç söyləyib ki, Ermənistan Aİİ-yə qoşulması haqqında müqavilənin imzalanmasına qədər erməni tərəfi qanunvericiliyini təşkilatın normalarına uyğunlaşdırıb.
Ümumiyyətlə, erməni tərəfi heç vaxt rəsmi şəkildə bildirməyib ki, Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir. Ermənistanın Aİİ-yə qəbulu haqqında müqavilə üzrə parlament dinləmələrinin gedişatında Ermənistanın xarici işlərinin nazir müavini Şavarş Koçaryan demişdi ki, bu məsələ Qazaxıstan və Belarus tərəfindən qaldırılanda Ermənistanda böyük rezonans doğurmuşdu. Ermənistan və Dağlıq Qarabağ arasında gömrük məntəqəsi yoxdur: "Biz bununla da təsdiq etdik ki, Dağlıq Qarabağ Ermənistan Respublikasının ərazisi deyil."

Bu xəbər oxucular tərəfindən 704 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |