Şrift:
Bu gün Fərəc Quliyevin ad günüdür
22.12.2014 [20:57] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Bu gün-22 dekar 2014-cü il tarixində Milli Dirçəliş Hərəkatı Partiyasının sədri millət vəkili Fərəc Quliyevin 52 yaşı tamam olur. Bu münasibətlə Milli Dirçəliş Hərəkatı Partiyası onu təbrik edib. Təbrikdə deyilir:
“Fərəc İbrahim oğlu Quliyev 1962-ci il dekabr ayının 22-də Ordubad rayonunun Üstüpü kəndində anadan olub. Ali tibb təhsili alaraq, ixtisasca həkim olan Fərəc Quliyev keşməkeşli həyat yolunda həkim kimi insanların sağlamlığı üçün necə çalışmışdırsa, hərəkatçı, döyüşçü, ictimaiyyətçi, siyasətçi və millət vəkili kimi də cəmiyyətin sağlamlığı uğrunda mübariza aparmışdır. Fərəc Quliyev Azadlıq və Sərhəd Hərəkatının liderlərindən biri, Azərbaycanın Milli Ordusunun ilk birləşmələrinin qurucularından olmaqla və Soyuq Zirvəsinin fəthinə imza atdığı üçün Milli Qəhrəman adına layiq görülməklə, Vətən qarşısında xidmətləri təmənnasız və qarşılıqsız olduğunu deyərək bu addan imtina etməklə, Azərbaycanın “Müstəqillik Aktı”-nın hazırlayan üç nəfərdən biri və onun qəbuluna səs vermiş 42 İstiqlalçı Deputatlardan biri olmaqla, Milli Azadlıq Hərəkatında “Dəmir adam” ləqəbiylə tanınmasıyla, sınmaz iradəsi səbəbindən Parlamentdən məhbəsə-məhbəsadən Parlamantə bir yol keçməklə, rəhbərlik etdiyi təşkilatları ideoloji olaraq daim milli mövqedə saxlamaqla, millət vəkili kimi ən ümdə problemləri qabardaraq və onların həlli yollarını təqdim edərək, bir partiya sədri kimi bütün gücünü xalqdan alaraq, həmişə dövlətə deyil, hakimiyyətə qarşı müxalif mövqe sərgiləməklə milli qüvvələrin liderinə çevrilib.
Fərəc Quliev, bir hissəsini yuxarıda sadaladığımız mübarizə yolunu keçmiş bir şəxsiyyətdir. Onun bu mübarizəsi milləti, Vətəni və dövləti naminədir. İnsan həyata mübarizə aparmağa yox, yaşamağa gəlir. Lakin, tarixi şərait millətimizin bir çox insanları kimi Fərəc həkimi də həyatını mübarizəyə həsr etməyə məcbur edib. Millətinə həsr etdiyi bu mübarizə olduqca faydalı olduğu üçün, Fərəc Quliyevin mübariz həyatını ən mənalı ömür adlandırmaq olar. Millətin azadlığı, dövlətin müstəqilliyi və Vətənin bütövlüyünə həsr olunmüş və qismən bunlara nail olunmuş bir ömürdən mənalı həyat necə ola bilər ki?!
Fərəc bəyin mənalı həyatı, həm də onun əsl Türk ailəsinə sahib olmasıyla da bağlıdır. Fərəc bəy, silahdaşları ilə əsl dost olmağı bacardığı üçün, dostları olaraq, bizə onun necə bir xoşbəxt ailə başçısı olmağı məlumdur.
Biz Milli Dirçəlişçilıər, Fərəc bəyə sahib olduğu bütün bu dəyərlərlə ayaq basdığı 53-çü ilində, tamamlanmamış bütün arzuları və iddialarına nail olmağı arzu edirik! Silahdaşları, ideyadaşları və dostları olaraq hər zaman yanında olduğumuzu bildiririk!
Milli Dirçəliş Hərəkatı Partiyası
22.12.2014”
Bu xəbər oxucular tərəfindən 939 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed