Şrift:
Sabahdan Azərbaycan ərazisində havanın temperaturu yüksələcək
23.12.2014 [11:27] - Güney Azərbaycan xəbərləri, Bildiriş
Sabahdan Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsi müşahidə olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev açıqlamasında bildirib ki, ancaq küləkli hava şəraiti davam edəcək. Ölkə ərazisində cənub-qərb küləyi üstünlük təşkil edəcək.

Dekabrın 24-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək, axşam isə şimal-qərb küləyinə keçəcək.

Havanın temperaturu gecə 4-6, gündüz 8-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da dekabrın 24-də hava" style="line-height: 1.6em;">hava şəraitinin əsasən yağmursuz olacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.
Bu xəbər oxucular tərəfindən 736 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed