Şrift:
Almazbek Atambayev: “İndi gün gecənin üzərində qələbə çalacaq”
24.12.2014 [07:50] - Gündəm, Türk dünyası-Turan
“Ümid edirəm ki, gələn ilin mayın 9-dək Qırğızıstan Avrasiya İqtisadi İttifaqının tamhüquqlu üzvü olacaq”.

Bunu Ali Avrasiya İqtisadi Şurasının iclasından sonra dövlət başçılarının mətbuat nümayəndələri üçün keçirdiyi brifinqdə Qırğızıstan prezidenti Almazbek Atambayev deyib.

“Həmin gün biz Böyük Vətən müharibəsində qələbənin 70 illiyini qeyd edəcəyik. Bu tarix mənim üçün olduqca vacibdir. Çünki, mənim atam Sovetlər İttifaqı üçün döyüşüb, heç fikirləşməyib ki, bizim ölkələrimizi hansısa postlar və sərhədlər ayıra bilər”.

Qırğızıstan prezidenti dünyada sabitliyin qorunmasının vacibliyini də önə çəkib: “Respublikamız son 10 ildə çətin bir dövr yaşayıb. Ona görə də sülhün necə həssas olduğunu gözəl bilirik və şüurlu şəkildə mehriban qonşuluq yolunu seçirik”.

A. Atambayev bildirib ki, Qırğızıstanla Avrasiya İttifaqı arasında imzalanan müqavilənin dekabrın 23-nə təsadüf etməsi simvolik xarakter daşıyır: “Dünən ilin ən qısa günü idi. Bu gündən isə günlər uzanmağa başlayır. İndi gün gecənin üzərində qələbə çalacaq”.
Bu xəbər oxucular tərəfindən 1072 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed