Şrift:
Türkiyə prezidenti azərbaycanlı həmkarının ad günün təbrik edib
24.12.2014 [12:39] - Gündəm, Türk dünyası-Turan, Mədəniyyət
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın dövlət başçısı İlham Əliyevə zəng edib. Rəcəb Tayyib Ərdoğan prezidenti ad günü münasibətilə təbrik edib, ona ali dövləti fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin bundan sonra daha da möhkəmləndiriləcəyi əminliklə qeyd edilib.

Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Güldə İ.Əliyevi təbrik edib. "Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Dost və qardaş Azərbaycan Zati-alinizin müdrik liderliyi sayəsində böyük inkişafa nail olmuş və beynəlxalq aləmdə mövqeyini möhkəmlənib.
Gücünü xalqlarımız arasındakı qədim qardaşlıq münasibətlərindən alan Türkiyə-Azərbaycan müttəfiqliyi də müştərək səylərimizlə daha da inkişaf etmiş və regionumuzda bənzərsiz sabitləşdirici amilə çevrilmişdir.

Əlaqələrimizdə əldə olunan bu müsbət dinamikanın davam etdiriləcəyinə əminəm.

Bu xoş fürsətdən istifadə edərək, Zati-aliləri əziz qardaşıma möhkəm cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və davamlı rifah arzu edirəm".
Bu xəbər oxucular tərəfindən 546 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed