Şrift:
Prezidentdən yeni qərar
24.12.2014 [12:50] - Xəbərlər, Sosial
Vətəndaşların əmlakına vurulan zərərin ödənilməsi qaydası dəyişib
Azərbaycan prezidenti İlham Əliyev “Vətəndaşlara məxsus tikililərin dövlət icbari sığortasının dayandırılması haqqında” fərmanda dəyişiklik edilməsi barədə fərman verib.
Dəyişiklik erməni silahlı dəstələrinin fəaliyyəti nəticəsində vətəndaşların əmlakına vurulan zərərlə bağlıdır.

Dəyişikliyə əsasən erməni silahlı dəstələrinin fəaliyyəti nəticəsində vətəndaşların əmlakına vurulan zərərin ödənilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 5 may tarixli Fərmanına əsasən sığorta ödənişi nəzərdə tutulmuş, lakin 1993-cü il yanvarın 1-nə kimi ödənilməmiş zərərin məbləğinin tikililərin bərpası zamanı 1992-ci ildə icbari sığorta üçün mövcud olmuş dəyər məbləğində ödənilməsi barədə qaydanı əks etdirən müddəa ləğv edilib.
Bu xəbər oxucular tərəfindən 776 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed