Şrift:
Kiyevdə deputatların üzərinə qumbara atılıb
25.12.2014 [08:45] - Gündəm, Siyasət
Dekabrın 24-də gecə Kiyevdə naməlum şəxs bir qrup millət vəkilinə tərəf qumbara atıb.

Hadisə paytaxtın mərkəzindəki “Kiev” otelinin qarşısında, yerli vaxtla saat 23.20-də baş verib.

Deputatların arasında Ali Rada sədrinin 1-ci müavini Andrey Parubiy də olub. Onlarsan heç biri zərər çəkməyib. Partlayışdan sonra naməlum şəxs qaçıb. Milislər onu təqib edərkən o, milislərə doğru daha bir qumbara atıb, nəticədə 1 milis əməkdaşı yaralanıb.

Fakt üzrə cinayət iş açılıb, naməlum şəxsin tapılması və qumbaranın növünün müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
Bu xəbər oxucular tərəfindən 754 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed