Şrift:
Qırğız Respublikası: ikili vətəndaşlığı olanlara hər hansı dövlət postu tutmaq qadağan edilir
25.12.2014 [09:55] - Xəbərlər, Türk dünyası-Turan
Dekabrın 25-də Qırğız Respublikasının parlamenti ikili vətəndaşlığı olan şəxslərin dövlət və bələdiyyə orqanlarında vəzifə tutmasını yasaqlayan qanun qəbul edib.120 yerlik parlamentdə 74 deputatın dəstəyi ilə qəbul olunan qanun ikili vətəndaşlığı olan şəxsin ölkə prezidenti, parlamentin və yerli şuranın deputatı seçilməsini qadağan edir.

İkili vətəndaşlığı olan şəxs bundan sonra Qırğız Respublikasında hakim ola, hüquq mühafizə, müdafiə orqanlarında, dövlət və bələdiyyə hakimiyyəti qurumlarında çalışa bilməz.

Qanun prezident imzalayandan sonra qüvvəyə minəcək.

1991-ci ildə SSRİ dağılanda müstəqillik əldə edən Qırğızıstanda yüz minlərlə vətəndaş eyni zamanda Rusiyanın, Qazaxıstanın, Avropa ölkələrinin pasportunu daşıyır.
Bu xəbər oxucular tərəfindən 737 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed