Şrift:
ABŞ-ın iki hərbi gəmisi Hörmüz boğazını problemsiz keçib
30.12.2011 [09:28] - Xəbərlər
ABŞ-a məxsus iki hərbi gəmi İranın təhdidlərinə baxmayaraq Hörmüz boğazını problemsiz şəkildə keçib. Bu barədə mərkəzi qərargahı Bəhreyndə yerləşən ABŞ Hərbi-Dəniz Qüvvələrinin Bəsrə körfəzindəki 5-ci donanmasının rəsmi nümayəndəsi, kapitan Rebeka Rebariç məlumat verib. Onun sözlərinə görə, ABŞ-ın iki hərbi gəmisi Əfqanıstandakı NATO qüvvələrinə hava dəstəyi təmin etmək üçün Hörmüz boğazından keçməzdən əvvəl Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Cəbəl Əli limanında müvəqqəti dayanıb.
Bu xəbər oxucular tərəfindən 1358 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed