25.12.2014 [11:00] - Güney Azərbaycan xəbərləri, Müsahibə
“Ayətullah Şəriətmədari özü Azərbaycan üçün muxtariyyət tələbini dilə gətirib. O, Le Monde qəzeti ilə müsahibədə İran üçün federalizmdən bəhs etmişdi,” deyə veteran siyasi fəal Maşallah Rəzmi Amerikanın Səsi ilə söhbətdə məlumatlandırır. “Azərbaycan və Şəriətmədari tərəfdarlarının hərəkatı” kitabının müəllifi və 1979 Təbriz qiyamını yaxından izləyən siyasi fəal bu müsahibədə 1979 İran İslam İnqilabından sonra güneydə aparıcı siyasi qüvvə olan Müsəlman Xalq Respublikası Partiyasının mahiyyəti və onun Azərbaycan vilayətlərindəki nüfuzu, eləcə də həmin dövrdə baş verən Təbriz üsyanının səbəbləri və hədəflərini açıqlayıb.
Maşallah Rəzmi Ayətullah Şəriətmədari ilə Xomeyni arasındakı təzadlardan danışır
Maşallah Rəzmi inqilabın rəhbəri Ayətullah Ruhulla Xomeyninin ən nüfuzlu muxaliflərindən olan və liberal sağçı kimi tanınan təbrizli Ayətullah Şəriətmədari və onun tərəfdarlarının Azərbaycan məsələsi və türklərin milli tələblərinə münasibətini dəyərləndirib.
Təbrizdə təşkil olunan 36 komitə şəhərə nəzarət edirdi. Bunların 28-i Şəriətmədarini dəstəkləyirdi. Komitələrdən sadəcə biri tam olaraq Xomeyni tərəfdarı idi.
Maşallah Rəzmi
“Ayətullah Şəriətmədari və Ayətullah Xomeyni fərqli baxışlara sahib olan iki rəqib idilər. Şəriətmədari islahatçı, Xomeyni isə inqilabçı idi,” deyə güneyli yazar İran İslam İnqilabından sonra ölkənin ən nüfuzlu iki şiə rəhbərini təsvir edir.
Cənab Rəzmi öz söhbətində Ayətullah Şəriətmədarinin dinc yollarla mübarizəyə inanması və digər liderləri də silahlı hərəkatdan uzaq durmağa çağırdığına dair nümunələr gətirir.
Böyük Ayətullah Məhəmməd Kazım Şəriətmədari inqilabdan sonra hazırlanan konstitusiyanın Vilayəti-Fəqih ya teokratik islami hakimiyət ilə əlaqədar olan 110-cu maddəsi əleyhinə çıxaraq konstitusiyaya səs vermir. Maşallah Rəzminin dediklərinə görə, bu Şəriətmədari tərəfdarları hərəkatının başlanğıc nöqtəsi olur.
Ayətulla Xomeynini tərəfdarları Tehran aeroportunda qarşılayır. 1 fevral, 1979.

“Bu konstitusiyada millətin bütün ixtiyarları bir nəfərə verilirdi. Ayətullah Şəriətmədari buna qarşı çıxdı. Müsəlman Xalq Hərəkatının başlanışı da həmin istiqamətdə di,” deyə təbrizli siyasi fəal söyləyir.
Rəzmi həmin dövrdə Azərbaycan şəhərləri xüsusilə Təbrizdə səsləndirilən türkcə şüarlara diqqət çəkir:
Əsl-i 110 ziddi bəşərdi,
İslah olmasa əgər, batildi, hədərdi.
“İlk başda Vilayət-i Fəqihə qarşı mübarizə hərəkatın əsas xəttini təşkil edirdi. Ancaq, hərəkat radikallaşdıqca milli məsələyə üstünlük verildi,” deyə həmin dövrdə Təbrizdə keçirilən kütləvi etiraz aksiyalarına qatılmış Maşallah Rəzmi qeyd edir.
O, hərəkatın milliləşməsinin küçə etirazlarına da əks edildiyini deyir:
Azərbaycan qəhrəmanları,
Çox verib belə imtihanları.
Cumhurimiz olsun bərqərar,
Rəhbərimiz mərceyimiz Şəriətmədar.
Şəriətmədari islahatçı, Xomeyni isə inqilabçı idi.
Maşallah Rəzmi
Maşallah Rəzmi Ayətullah Şəriətmədarinin şəxsən muxtariyyət tələbləri və federalizm haqqında danışdığını deyir.
“Ayətullah Şəriətmədari Fransanın Le Monde qəzetinin muxbiri Eric Rouleau ilə müsahibədə Əyalət və Vilayət Əncümənləri Qanununa işarə edərək Azərbaycan üçün muxtariyyətdən söz açıb. O, eyni müsahibədə federalizm sözündən istifadə edib,” deyə Rəzmi qeyd edir.
Güneyli yazarın sözlərinə görə, 1979 ilində Təbrizdə Xomeynini dəstəkləyən cərəyanlar say və nüfuz baxımından çox zəif olub və əksəriyyət Şəriətmədarini dəstəkləyib.
“Təbrizdə təşkil olunan 36 komitə şəhərə nəzarət edirdi. Bunların 28-i Şəriətmədarini dəstəkləyirdi. Komitələrdən sadəcə biri tam olaraq Xomeyni tərəfdarı idi,” deyə Maşallah Rəzmi Təbrizin iki böyük şiə liderinə münasibətini təsvir edir.
Hazırda Fransada mühacirətdə yaşayan güneyli siyasi fəal özü o dövrdə İranın önəmli sol qruplarından olan Xalqın Fədailəri Təşkilatının liderlərindən biri kimi həmin komitələrdə iştirak edib.
Onun dediklərinə görə, Şəriətmədarinin tərəfdarları Təbrizdə Radio-Televizya qurumu binasını iki dəfə ələ keçirib və hər dəfəsində proqramlar türk dilində yayımlanıb.
◀▶1/9...Subtitrləri aç
1979 Təbriz üsyanı - Amerika mediasının yazdıqları
Bu hadisələr 1979 ilinin dekabrında ABŞ mediasının gündəminə çıxıb.
Associated Press xəbər agentliyi 1979 dekabr ayının 7-də Təbrizdə baş verən olaylar haqqında yazırdı:
“Türk üsyançılar Tehrandakı Ayətulla Xomeyninin mərkəzi hökümətinə qarşı güc nümayişi üçün Təbriz üzərində 5 Amerika istehsalı hərbi təyyarə uçurdular. Aralarında İran silahlı qüvvələrindən də olan üsyançılar cümə axşamı Təbriz Radio-Televiziyası və hava limanını ələ keçirib, vilayət valisini imarətindən çıxardılar.”

Bu xəbər oxucular tərəfindən 1418 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |