25.12.2014 [11:43] - Güney Azərbaycan xəbərləri, Siyasət
ABŞ dövlət katibi noyabr ayında İranın nüvə proqramına dair razılıq əldə edilmədikdən sonra 2015-ci ildə böhranın həlli istiqamətində səylərin davam etdiriləcəyini bildirib. “Mən daha səmərəli görüşləri səbirsizliklə gözləyirəm.”
2013-cü ilin sentyabr ayında Con Kerri İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə İranın nüvə proqramına dair ilk görüşü zamanı daha nikbin səslənirdi. O zaman iranlı nazir “indi mövqelərimizin nə dərəcədə üst-üstə düşdüyünü, sözdən əmələ keçib irəliyə addımlaya bilib-bilməyəcəyimizi görəcəyik”-deyə bildirmişdi.
Mən daha səmərəli görüşləri səbirsizliklə gözləyirəm
O vaxtdan bəri İran, BMT-nin 5 daimi üzvü və Almaniya bir neçə dəfə İranın uran zənginləşdirilməsi fəaliyyətlərinin məhdudlaşdırılması ilı bağlı görüş keçirib.
İranın dinc mahiyyət daşıdığını dediyi nüvə proqramı onun nüvə silahı istehsal etmək cəhdinə dair şübhələrə görə bəzi qərb ölkələrini narahat edir.
İranla razılıq ona qarşı sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur.
İyun ayına qoyulan möhlət razılıq əldə edilmədən başa çatdığı üçün noyabrın 24-nə təyin edilmişdi. Lakin bu dəfə də əlavə vaxt verilməli oldu.
Müzakirələr olduqca kəskin keçir və belə də davam edəcək
Con Kerri bildirib ki, vaxtın uzadılması ilə danışıqların daha asan keçdiyini düşünmək lazım deyil. “Müzakirələr olduqca kəskin keçir və belə də davam edəcək.”
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə razılıq əldə edilməməsini qarşılıqlı etimadsızlıqla izah edib.
Razılığın iyul ayında əldə ediləcəyinə ümid bəslənilir. Lakin ABŞ Konqresində siyasi dəyişiklik vəziyyəti mürəkkəbləşdirə bilər. Bunu Brukinqs institutunun araşdırmaçısı Robert Eynhorn deyir.“Obama administrasiyası yeni Konqresin sanksiyaların yüngülləşdirilməsini səsə qoyacağına inanır.”
Onun dediyinə görə, qanunvericilər müzakirələrin uzanmasına görə səbirsizlənəcək.
“Konqres üzvləri əlavə sanksiyaların tətbiqinin tərəfdarıdır. Bu isə əks-effektiv təsirə malik ola bilər.”
ABŞ dövlət katibi Kerri razılıq əldə edilməməsi üçün əsaslı dəlillər olduğunu desə də, İranın nüvə proqramının məhdudlaşdırılmasının mümkünlüyünü bildirir.

Bu xəbər oxucular tərəfindən 782 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |