Şrift:
Urmu gölü böhranı Fransanın Le Monde qəzetində
26.12.2014 [10:40] - Güney Azərbaycan xəbərləri, Diaspor
İran İslam Cümhuriyyətinin əsasən Urmu gölünə axan çaylar üzərində çoxsaylı sədd tikməsi və bu gölün talehinə laqeyd qalması Urmu gölünü bugünki böhranlı vəziyyətə salıb. Urmu gölünün böhranı İran rəhbərliyindən daha çox dünya ictimaiyyəti və müxtəlif ölkələrin mətbuatının diqqətini çəkir. BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) mütəxəssislərindən tutmuş bir çox xarici ölkələrin araşdırmacıları bu məsələyə xüsusi diqqət yetirib və sözü gedən böhranla bağlı müxtəlif elmi məqalələr yazılıb.
Məlumata görə, Fransanın "Le Monde" qəzeti bu barədə yaydığı məlumatda İranın səhraya çevrilməsinə işarə edərək Urmu gölü böhranından bəhs edib. "Le Monde" son sayılarının birində dərc etdiyi “İran səhraya çevrilir” başlıqlı yazıda Urmu gölünün vəziyyətindən yazıb. Yazıda qısa olaraq qeyd olunur: “Son iki ildə Urmu gölü hansıki yaxın şərqin ən böyük göllərindən biridir (5200 kvadrat kilometr) 95 faizə qədər quruyub. Prezident Həsən Ruhani gölü qurtarmaq üçün noyabrın 27-də 730 milyard tümən (178 milyon yuro) ayırmağa qərar verib. “Nekaşt” adlı daha bir layihə də gündəmdə var. Həmin layihə təsdiqlənərsə Cığatay məntəqəsinin əkinçilərinə istifadə olunmayacaq hər bir hektar torpağa görə ildə 5 milyon tümən (1200 avro) ödəniləcək.”

"Le Monde" mövzunu belə davam etdirir: “İran su böhranını təkzib etmək üçün çox çalışdı. Hazırda isə ətraf-mühit mütəxəssisləri düşünürlər ki, artıq quraqlığa qarşı tədbir almaq üçün çox gec olub. Mütəxxəssislər İranın gözlənilməz və şiddətli dəyişikliklərə məruz qaldığını bildirərək “İran gələcəyin Somalisi olacaq”, “Gələcək 30 ildə qorxulu bir ölkə”, “Ölkə səhraya çevrilib” və s. kimi qeydlərlə xəbərdarlıq ediblər.

Qeyd edək ki, son illərdə Urmu gölünün qurudulması məsələsi azərbaycanlıların apardığı mübarizə nəticəsində xarici və daxili mətbuatın gündəminə düşüb, lakin dövlət bu günə qədər gölü qurtarmaq üçün heç bir əməli addım atmayıb.
Bu xəbər oxucular tərəfindən 1208 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed