Şrift:
Gələn il keçiriləcək Eurovision müsabiqəsində 39 ölkə iştirak edəcək
26.12.2014 [11:02] - Gündəm, Mədəniyyət
Gələn ilin may ayında Vyanada keçirilməsi planlaşdırlan "Eurovision" musiqi yarışmasında 39 ölkə iştirak edəcək.
Bu ilki iştirakçılar arasında Ukrayna olmayacaq. Bir müddətlik fasilədən sonra Kipr (Qıbrıs), Çexiya (Çek) və Serbiya (Serbistan) isə yenidən müsabiqəyə qatılacaq. Yarışmanın mayın 19-da keçiriləcək yarımfinal mərhələsində 16 ölkə, mayın 21-dəki yarımfinalda isə 17 ölkə iştirak edəcək. “Böyül beşlik" - Fransa, Almanya, İtaliya,İspaniya və Böyük Britaniya isə birbaşa finalda çıxış edəcək. Ən böyük musiqi müsabiqəsinin final mərhələsi may ayının 23-də baş tutacaq.

Qeyd edək ki, bu il keçiriləcək yarışmanın aparıcıları Miryam Vaykselbraun, Alis Tumler, Arabella Kisbauerdir. Müsabiqənin “Green-room”da isə aparıcı kimi ötən ilin qalibi Konçita Vürst işləyəcək.
Bu xəbər oxucular tərəfindən 748 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed