Şrift:
Rusiya Federasiyası artıq Ermənistanı öz sərhədləri daxilinə salıb
26.12.2014 [11:59] - Gündəm, Siyasət
Avrasiya İttifaqına daxil Qırğıstan və Ermənistan artıq Rusiya üçün xarici dövlət deyil, artıq onlar Rusiya sərhədlərinin daxilindədirlər.

Bu fikir erməni jurnalist Haykazn Qaqriyanın bu gün yazdığı məqalədə vurğulanır. Vladimir Putinin keçirdiyi illik konfransda xaricdə yerləşən rus hərbi bazalarından danışarkən Gümrü bazasını unutmasını şərh edən jurnalist bildirib ki, Rusiya artıq yeni sərhədlərini müəyyənləşdirir.

“Avrasiya İttifaqı iqtisadi yox, siyasi birlikdir. Daha doğrusu bu, yeni sərhədləri genişlənmiş Rusiyadır. Beləliklə, Putin indi Avrasiya İttifaqı adlandırılan Rusiyanın yeni sərhədlərini müəyyənləşdirir. Və o, artıq “ümumi” problem və məsələlərin - silahlı qüvvələr və maliyyə sistemi üzrə məsələlərin “həlli”nə başlayıb”,- deyə Qaqriyan vurğulayır.

Avrasiya İttifaqının hərbi qüvvələrinin Rusiya müdafiə sisteminin idarə mərkəzinə tabe edilməsindən bəhs edən jurnalist birlik ölkələrinin həm də vahid valyutaya keçəcəyini vurğulayıb. Onun sözlərinə görə, bu məsələdə iki variant nəzərdə tutulur. Birinci variant Avrasiya İttifaqı üçün yeni vahid valyuta təsis etməkdən ibarətdir. İkinci variantda isə Avrasiya İttifaqı ölkələrinin hamısının Rusiya rubluna keçməsi nəzərdə tutulur.

“Belə görünür ki, Moskva ikinci varianta təkid edəcək. Əgər Avrasiya İttifaqı tamamilə rubla keçərsə, onda Rusiya valyutasını sabitləşdirib xilas etmək mümkündür. Ümumiyyətlə, 1 yanvar 2015-ci il tarixdən Avrasiya İttifaqında bütün gömrük əqdləri istisna olaraq Rusiya rublunda gerçəkləşdiriləcək”,- deyə Hakazn Qaqriyan vurğulayır.
Bu xəbər oxucular tərəfindən 805 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed