Şrift:
Ən yaxşı şeir müsabiqəsi- 2014 müsabiqəsinin yekunlarına həsr olunan tədbir keçirilib
26.12.2014 [12:15] - Mədəniyyət
"Ən yaxşı şeir müsabiqəsi – 2014" müsabiqəsinin yekunu açıqlanıb

AYB-nin mətbuat xidmətindən verilən məlumata görə, ötən gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən "Ən yaxşı şeir müsabiqəsi- 2014” müsabiqəsinin yekunlarına həsr olunan tədbir baş tutub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid qonaqları salamladıqdan sonra "Ən yaxşı şeir müsabiqəsi – 2014” müsabiqəsinin qaliblərini təbrik edib, layihəyə dəstək verənlərə təşəkkürünü bildirib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxışında müsabiqənin təşkilatçılarına, "10 şair 100 şeir” kitabının naşirinə təşəkkür edib, qalibləri təbrik edib.

Azərbaycan Yazıçılar Birliyi Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza çıxışında "Ən yaxşı şeir müsabiqəsi – 2014” müsabiqəsi haqqında, layihəyə dəstək olanlar barəsində tədbir iştirakçılarına məlumat verib.

Tədbirdə Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin sədri Bəhruz Axundov şıxış edərək müsabiqənin gedişatı haqqında danışıb, yazarların, xüsusilə gənclərin belə müsabiqələrdə iştirakının vacibliyini vurğulayıb: "Müsabiqəyə təqdim olunan 106 şeirin hər biri münsiflər heyəti tərəfindən müzakirə olunub. Gənc isdedadların, həmçinin orta nəsildən olan şairlərin çap olunmaq çətinliyini nəzərə alaraq birinci yerin qalibini və ən yaxşı şeirlərin müəliiflərinin hər birinin 10 şeirini "10 şair – 100 şeir” poeziya almanaxı şəklində nəşr elədik”.

Müsabiqədə birinci yerin qalibi, Gürcüstanda yaşayan həmyerlimiz İbrahimxəlil Məhəmmədəli oğlu Tamıyev xüsusi Diplom və qiymətli hədiyyə ilə mükafatlandırılıb.
Münsiflər Heyətinin qərarına görə Qəşəm Nəcəfzadə, Fərqanə Mehdiyeva, Emin Piri, Həyat Şəmi, İntiqam Yaşar, Səyyarə Məmmədli, Adil Cəmil, Şəbnəm Xeyrulla, Ələmdar Cabbarlı Diplomlarla mükafatlandırılıblar.

"Ən yaxşı şeir müsabiqəsi – 2014” yekunlarına həsr olunan mərasimdə millət vəkili Aqil Abbas, Vaqif Bəhmənli, münsiflər heyətinin üzvü Qulu Ağsəs və İradə Musayeva çıxış edərək belə müsabiqələrin keçirilməsinin təqdirəlayiq hal olduğunu qeyd ediblər, müsabiqələrdə yeni imzaların olmasını arzulayıblar, həmçinin ədəbi orqanların da mükafatlarının təsis olunmasını tövsiyə ediblər.

Tədbirdə Türkiyədən təşrif buyuran qonaq Mehmet Özkaya iştirak edib, xalq yazıçısı Anara öz hədiyyəsini təqdim edib.

Mərasimdə çıxış edən İbrahimxəlil, Qəşəm Nəcəfzadə, Fərqanə Mehdiyeva, İntiqam Yaşar, Ələmdar Cabbarlı müsabiqənin obyektiv keçirilməsinə görə təşkilatçılara, münsiflər heyətinə təşəkkür ediblər, şeirlərini səsləndiriblər.
Bu xəbər oxucular tərəfindən 819 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed