Şrift:
Fariz Məmmədov 3 döyüş keçirəcək
26.12.2014 [12:38] - İdman
2015-ci il üçün müqavilə imzalanıb
Ötən gün Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov WBSA-nın vitse-prezidenti Yaşar Niftəliyevlə görüşüb.

Azərbaycanı və “Qəbələ” idman klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədovun meneceri kimi tanınan Yaşar Niftəliyevlə 2015-ci ildə baş tutacaq yarışlar barədə müzakirələr aparılıb.

Sonda, Fariz Məmmədovla menecer arasında 2015-ci il üçün müqavilə imzalanıb.

Müqaviləyə əsasən, boksçumuz yeni ildə 3 döyüş keçirməlidir.

Qeyd edək ki, peşəkar boksçu sonuncu dəfə Ukraynada Valentin Kuts üzərində parlaq qələbə qazanmışdı.
Bu xəbər oxucular tərəfindən 774 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed