26.12.2014 [12:46] - Xəbərlər, İqtisadiyyat
"Öz səhvlərimizə görə iqtisadiyyatımız böhrana gedir"
Rusiya prezidenti Vladimir Putin Nazirlər Kabinetində bu gün keçirdiyi iclasda bir sıra etiraflar edib.
Putin bildirib ki, bəzi səhv addımlar nəticəsində Rusiya iqtisadiyyatı böhrana girir.
"Üzləşdiyimiz problemlər sadəcə xaricdən edilən müdaxilələrə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə deyil. Bunun əsas səbəbi illərdir üst-üstə yığılan səhvlərimizdir. Ona görə də iqtisadiyyatımız böhrana gedir. Bunların qarşısını almaq üçün çox işlər gördük. Lakin son hadisələr onu gösətrdi ki, bu yetərli deyil", deyə Rusiya prezidenti bildirib.
Qeyd edək ki, bu il Rusiyada rublun dəyəri rekord dərəcədə aşağı düşmüşdü. Bir dollar 80 rubl olmuşdu. Ayrı-ayrı vaxtlarda Mərkəzi Bank vəziyyətə müdaxilə etdi. Putin isə açıqlama vermişdi ki, Rusiya iqtisadiyyatı ən azı 2 ilə düzələcək.

Bu xəbər oxucular tərəfindən 976 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |