27.12.2014 [10:02] - Xəbərlər, Siyasət
“Hər dəfə Azərbaycanın hər bir addımını izah etməyə çalışmaq, buna “demokratiya” nöqteyi-nəzərindən qiymət vermək və Azərbaycana təzyiq göstərməyə çalışmaq çox əbəs cəhdlərdir”.
Bu barədə millət vəkili Bəxtiyar Sadıqov Baş Prokurorluğun əməkdaşlarının məhkəmə qərarı əsasında “Azadlıq” radiosunun Bakı bürosunun ofisində axtarış aparmasına bəzi beynəlxalq qurumların tənqidi münasibətini şərh edərkən deyib.
B.Sadıqov qeyd edib ki, Azərbaycan müstəqil dövlətdir, onun müstəqil siyasəti var və həm ölkə daxilində, həm də ölkə xaricində hansı addımı atırsa, bunu xalqın iradəsinə və dövlətin milli maraqlarına əsaslanaraq edir:
“Ona görə də, Azərbaycan heç bir addımını kiməsə izah etməli deyil. İkinci tərəfdən Azərbaycanın dövlət maraqları, milli maraqları tələb edir ki, lazım gələndə, şübhə doğuran yerlərdə ciddi addımlar atsın, araşdırmalar aparsın və hətta yeri gələndə kimsənin də azadlığını məhdudlaşdırsın. Ona görə də, Azərbaycan üçün birinci dövlət marağıdır, ikinci qanunun aliliyi prinsipidir və o yerdəki dövlətin təhlükəsizliyi məsələsi var, o yerdəki xalqın milli maraqlarının keşiyində dayanmaq məsələsi var, burada daim qətiyyətli addımlar atılıb və bundan sonra da atılacaq”.
Millət vəkili bildirib ki, kimsə bu addımı bəyənmirsə və yaxud da kimsə hesab edirsə ki, hardasa qanun pozuntusu var, onda istədiyi vaxt istədiyi yerə müraciət edə bilər, beynəlxalq qurumlar necə istəyir qiymət verə bilər:
“Ancaq yaxşı olar ki, onlar həmişə nəticəni gözləsinlər, obyektiv olsunlar və öz verdikləri qiymətdə heç vaxt Azərbaycana təzyiq və təsir etmək niyyəti güdməsinlər. Bu, mənasız işdir”.

Bu xəbər oxucular tərəfindən 750 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |