30.12.2011 [11:22] - Hərb
Ermənilərin dekabrda atəşkəs rejimini 61 dəfə pozması nəticəsində Azərbaycan Ordusunun 2 hərbçisi yaralanıb
Ermənistan Silahlı Qüvvələri tərəfindən 2011-ci ildə cəbhə xəttində atəşkəs rejimi 774 dəfə pozulub. APA-nın Azərbaycan Müdafiə Nazirliyinin məlumatları əsasında apardığı monitorinqin nəticələrinə görə, cəbhə xəttində Ermənistan Ordusu tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycan 19 şəhid verib, 24 nəfər isə yaralanıb.
Şəhid olanlardan 15 nəfər Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 4 nəfər mülki sakindir. Mülki sakinlərdən 2-si uşaqdır. Bir sakin minaya düşərək, bir sakin isə düşmən gülləsindən həlak olub. Yaralananlardan isə 19-u hərbçi, 5-i mülki şəxsdir. Mülki şəxslərdən 1-i minaya düşərək, 1-i ermənilərin çayla axıtdığı əldəqayırma bombanın partlamasından, 3-ü isə düşmən gülləsindən yaralanıb.
Aylar üzrə atəşkəsin ən çox pozulması faktı sentyabr (119), mart və may aylarında (hər ay 80 dəfə) qeydə alınıb.
Digər aylar üzrə - yanvarda 24, fevralda 56, apreldə 36, iyunda 69, iyulda 68, avqustda 69, oktyabrda 64, noyabrda 49, dekabrda 61 dəfə (dekabrın 30-na olan məlumat) atəşkəs pozulub.
Rayonlar üzrə atəşkəsin pozulması ən çox Füzuli istiqamətində qeydə alınıb. Bu istiqamətdə Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri 228 dəfə düşmənin atəşinə məruz qalıb. Atəşkəsin ən çox pozulduğu rayonların birinci üçlüyündə Füzuli rayonundan sonrakı yerlərdə Ağdam (120) və Qazax (103) rayonları dayanır.
Bundan başqa, ötən bir ildə Tərtər istiqamətində atəşkəs 83, Goranboyda 65, Xocavənddə 51, Gədəbəydə 43, Cəbrayılda 34, Tovuzda 23, Ağstafada 10, Göygöldə 8, Daşkəsəndə 6 dəfə pozulub.
Qeyd edək ki, dekabr ayının 1-dən 30-dək olan dövrdə Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejiminin 61 dəfə pozulması faktı qeydə alınıb. Bu ay atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun 2 hərbçisi yaralanıb. Dekabrda atəşkəs rejimi Füzulidə 14, Goranboyda 10, Ağdamda 10, Xocavənddə 9, Tərtərdə 9, Tovuzda 3, Qazaxda 2, Cəbrayılda 1, Ağstafada 1 dəfə pozulub.

Bu xəbər oxucular tərəfindən 1337 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |